Azərbaycan öz gücünü, xalqın birliyini, həmrəyliyini dünyaya göstərdi Siyasət

Azərbaycan öz gücünü, xalqın birliyini, həmrəyliyini dünyaya göstərdi

COVID-19 pandemiyası ilə mübarizə Azərbaycanın beynəlxaq aləmdəki nüfuzunu, mövqeyini daha da möhkəmləndirdi, ölkımizin dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olduğunu təsdiqlədi.
Bunu "Xalq Cəbhəsi" qəzetinə politoloq Ramiz Alıyev bildirib.
Onun fikrincə, Azərbaycanın pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər həm əhalinin sağlamlığının təhlükəsizliyinin qorunmasına, həm də sosial rifahının yaxşılaşdırılması üçündür: "Ölkəmiz çətin günlərini geridə qoyub, bu imtahandan da az itki ilə çıxdıq, eyni zamanda mübarizədə tətbiq edilən tədbirlər dünya ölkələri təfindən alqışlanfı. Hətta ÜST təşkilatının rəhbəri rəsmi Bakıya təşəkkürünü bildirdi. Azərbaycan sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantılarını və ən yüksək səviyyədə təşkil etdi. Bu ilkə imza atan da dövlətimiz oldu. Hər iki beynəlxalq təşkilata üzv olan ölkələr Azərbaycan təcrübəsini bəyəndilər, əhəmiyyətli fikir mübadilələri aparıldı.
Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu;. Bu bizim dövlətimizin uğurudur".
Ramiz Alıyev bildirib ki, Azərbaycan hər bir işə çox məsuliyyətlə yanaşır və ölkəmizin sədrliyi formal xarakter daşımır: " Onu da qeyd edim ki, bu ağır dönəmlərdə Azərbaycan tək özünü fikirləşmədi, ehtiyacı olan ölkələrə də yardım əlini uzatdı, yaxından, uzaqdan.
Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib.
Azərbaycan dövləti pandemiya dövründə Ümümdünya Səhiyyə Təşkilatına, Çin Xalq Respublikası, İtaliya, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Moldova, Serbiyaya və digər ölkələrə humanitar yardım edib. Azərbaycan pandemiya ilə mübarizədə öz gücünü göstərdi, xalqın birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi. Bir daha sarsılmaz olduğunu isbatlafı, eyni zamanda iqtisadi gücünü göstərdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi layihələr ölkəmizin ehtiyatlı olduğunu göstərdi. Azərbaycan dövləti ən çətin zamanda vətəndaşının yanında olduğunu dünyaya nümayiş etdirdi".

Cavid