“Milli Şura”ya buğa lazımdır Siyasət

“Milli Şura”ya buğa lazımdır

CXP sədri: “Çünki ayağı sürüşkənlərin haq yoluna qaytarılması üçün yeganə yol budur”

“Milli Şura”nın video konfransına baxdım, çıxışlarını, danışıqlarını dinlədim. Cəmil Həsənlinun çıxışından, videokonfransdakı atmosferdən və müzakirə predmeti olan məsələlərdən belə qənaətə gəldim ki, “Milli Şura”ya bir buğa lazımdır.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında Cünhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib.
CXP sədri qeyd edib ki, məlum videokonfransı izlədikdən sonra siyasi əxlaqdan qısır olan bu insanların sürüşkən obrazları ilə bağlı təsəvvürləri daha da möhkəmlənib: “Çünki ayağı sürüşkənlərin haq yoluna qaytarılması üçün yeganə yol budur”
Bədrəddin Quliyev qeyd edib ki, dialoqa getməkdə əsas hədəf iqtidarla müxalifətin, bütün mili qüvvələrin ölkənin taleyi, dövlətin gələcəkdə atacağı addımlarla bağlı birgə mövqeyin ortalığa qoyulmasından ibarət olub: “Dialoq zamanı aparılan müzakirələrdə Azərbaycanın milli problemlərinin həllimdən, olkənin ərazi bütövlüyünün milli təhlükəsizlik konsepsiyasına uyğun olaraq təmin olunmasından, idarəetmə sisteminin təkmilləşdirilməsindən, struktur dəyişikliklərindən, parlamentin bu proseslərdəki rolundan, bələdiyyələrin səlahiyyətlərinin artırılmasından, yeni idarəetmə sisteminin və dünyagörüşünün formalaşmasından sohbət gedir. Xalqın bütün proseslərdə seçki yolu ilə iştirakı məsələsi gündəmə gətirilir. Partiya olaraq, müzakirələrdə məhkəmələrin seçki yolu ilə formalaşmasını, polis rəislərinin ABŞ-da olduğu kimi seçki yolu ilə seçilməsini, xalqın bütün taleyüklü məsələlərində vahid mövqedən çıxış edilməsini təklif edirik. Milli kimliyimizin, türk kimliyimizin dərk edilməsini ön plana çəkirik. İndi “Milli Şura”da təmsil olunanlardan çoxunun kimliyi bəlli deyil. Qlobalistlər kimi, qohumluq əlaqələrinə, müdafiə etdiyi dəyərlərə baxandan sonra həmin qüvvələrin bizim milli sistemimizə yaramadığını görürəm. Orada təmsil olunanlardan heç birində milli məfkurəyə sahib deyillər. Bu adamların davranışlarından kənardan qüvvələrin təsiri altında Azərbaycan cəmiyyətinin daxilində bir gərginlik yaratmaq niyyətləri açıq-aşkar görünür. Cəmilə isə demək istəyirəm ki, tarixçi olsa da tarixi yaxşıca varaqlayıb görsün ki, Azərbaycanda bütün dövrlərdə hakimiyyət dəyişikliyi olanda biz ərazi itirmişik. Mənim iştirak etdiyim müzakirədə əsas məqsədim ondan ibarət idi ki, biz dəyişikliklər elə etməli, islahatları elə aparmalıyıq ki, itkilərə yol verməyək, prosesdən qalib kimi çıxaq. Cəmiyyətimizi irəli aparmaq üçün mövqe ortaya qoyaq, Azərbaycanın bütövlüyünü ortaya qoyaq. Milli maraqlar baxımından vətən, millət üçün gücümüzü birləşdirək, ölkədə milli etimad mühiti yaradaq. Milli birlik, demokratik ab-hava yaratmaqla, Qərbin, Avropanın hüquqi dəyərlərinə sahiblənməklə, dünyada baş verən proseslərdən geri qalmamaq üçün demokratiya və güc amilini əsas hədəf seçərək həm torpaqlarımızı azad edək, həm də inkişaf etdirək. Sivil dünyanın tələblərinə uyğun öz sistemimizi qura bilək. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik və Cümhuriyyətin dəyərlərini yaşatmalıyıq. O dəyərlərlə dünyada baş verən proseslərin içində getməliyik. Siyasi partiyanın əsas məqsədi ondan ibarət olmalıdır ki, ölkənin, millətin strateji hədəflərini və bu hədəflərə çatma yollarını göstərsin, daxili ziddiyyətə getməsin, daxildəki qüvvələri milli məqsədlər üçün bir yerə toplasın. Antimilli qüvvələrlə bizim işimiz yoxdur. Elə qüvvələrlə “5-ci kolon”un birgə əməkdaşlığının nəticəsidir ki, ölkəmizdə normal demokratik idarəetmə sistemi qurulmayıb. Mən əminəm ki, gələcəkdə biz milli dəyərlərə söykənən demokratik bir sistem qursaq, orada belə antimilli qüvvələrə yer olmayacaq. Azərbaycanın gələcəyi, torpaqlarımızın bütövlüyü naminə bütün milli qüvvələri, iqtidarlı, müxalifətli hər kəsi eyni hədəflər uğrunda mübarizəyə çağırıram”.