“Ermənistandan cavab gözləyirik” Siyasət

“Ermənistandan cavab gözləyirik”

Elmar Məmmədyarov: "Azərbaycan Dağlıq Qarabağ üzrə böyük sülh sazişi üzərində işə başlamağa hazırdır

"Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını istərdi ki, bu proses irəliləsin".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır.
E.Məmmədyarov qeyd edib ki, qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması haqqında bir sıra təkliflər olub: "Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazırdır. Biz Ermənistan tərəfindən cavab gözləyirik".