Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
18 İyul 2020 21:11
2 996
Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.
Bu fikir Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Məktubda Rəyasət Heyətinin Sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə dərin başsağlığını çatdırmağı dövlətimizin başçısı İlham Əliyevdən xahiş edib.
O, ümidvar olduğunu bildirib ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq.
16 May 14:33
1 596
16 May 10:37
1 428
16 May 10:33
1 498