“Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər zərbə altında olacaq” Siyasət

“Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər zərbə altında olacaq”

İlyas Hüseynov: “İşğalçı dövlətlə hərbi əməkdaşlıq rəsmi Belqrada başucalığı gətirmir”

“Bildiyiniz kimi, 12 iyul tarixində Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra iki dövlət arasında şiddətli döyüşlərin şahidi olduq. Döyüşlərin aktiv fazası yekunlaşandan sonra bir sıra maraqlı məqamlar ortaya çıxdı”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında Politoloq İlyas Hüseynov səsləndirib. İ.Hüseynov diqqətə çatdırıb ki, Serbiyanın Ermənistana satdığı silahların Serbiya tərəfi qeyri-rəsmi şəkildə öz təsdiqini tapsa da, bu də Serbiya prezidenti Aleksandr Vuçiç bunu etiraf edib: “Serbiya RTV-nin verdiyi məlumata görə, Serbiya prezidenti Aleksandr Vuçiç jurnalistlərlə müsahibəsində qeyd edib ki, bu ölkənin hərbi sənaye kompleksində 17 min insan çalışır və silah sataraq onların yaşayışı təmin edilir.
Lakin xüsusi olaraq qeyd etməliyəm ki, rəsmi Bakı Serbiyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. 1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur”. Bunun ardınca – fevralın 26-da Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb. Aprelin 15-də tağım Azərbaycana qayıdıb.Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb və öz hərbçilərini birincilər sırasında oradan çıxarıb.Lakin bunun əvəzində biz hansı mənzərəni görürük?!