Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
17 Avqust 2020 14:47
4 739
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir.
Nazirlikdən verilən məlumata görə, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüblər.
Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.
Tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.
Hərbi qulluqçularla söhbətlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və onları maraqlandıran bir sıra suallar cavablandırılıb.
Birgə fəaliyyət planına uyğun olaraq Respublika Hərbi Prokurorluğu və Qarnizon Hərbi Prokurorluğu nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə keçirilən hüquqi maarifləndirmə tədbirləri davam edir.
25 Sentyabr 20:55
560
25 Sentyabr 19:20
609
25 Sentyabr 16:47
623











.jpg)

