Sevil Mikayılova: Sergey Lavrovun əsas baza sənədləri ilə bağlı bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm perspektivlər açır Siyasət

Sevil Mikayılova: Sergey Lavrovun əsas baza sənədləri ilə bağlı bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm perspektivlər açır

Rusiya xarici ilşər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kifayət qədər ciddi baza var və bu bazanın itirilməsi təəssüf doğura bilər” fikri münaqişənin həlli ilə bağlı olduqca vacib mövqedir.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova ARB 24 kanalına müsahibəsində deyib.

Deputat bildirib ki, bu çox mühüm və vacib bir bəyanat idi: “Yəni bizim eşitmək istədiyimiz və Dağlıq Qarabağ münaqişəsinin həllində əhmiyyətli bir məqamdır.

Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən və birmənalı şəkildə Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eləcə də Avropada təhlükəsizliyin təmin edilməsi üçün qəbul edilmiş və ölkələrin ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığı prinsipini əks etdirən Helsinki Yekun Aktı əsas baza rolunu oynayır. Yəni Sergey Lavrovun çıxışında bu iki mühüm sənədi ixtibas etməsi və əsas baza sənədi kimi təqdim etməsi çox əhəmiyyətlidir və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm perspektivlər açır”.

Deputat vurğulayıb ki, çox təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən indiyə qədər münaqişənin həllində hansısa bir irəliləyişə nail olunmayıb. S.Lavrovun son bəyanatı münaqışənin həllində hazırki status-kvonu dəyişə bilər: “Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində vacib bir istiqamət Rusiyanın bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri kimi çıxış etməsidir. Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşündə də bu məsələ geniş müzakirə olunub”.

Deputat əlavə edib ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri artıq formalaşıb, yəni bundan əvvəl də iki ölkə arasında münasibətlər yüksələn xəttlə inkişaf edib.

S.Mikayılova bildirib ki, ölkərimiz araşında əməkdaşlıq üçün müxtəlif müstəvilər mövcuddur: “Bu müstəvilər əsasında iki ölkə arasında əməkdaşlıq yüksələn xəttlə inkişaf edir. Azərbaycan xarici işlər nazirinin bu vəzifəyə təyin olunduqdan sonra Türkiyəyə ilk səfərinin ardınca digər qonşu ölkə Rusiyaya səfər etməsi siyasi önəm daşıyır. Bu o deməkdir ki, münasibətlərimizdə yüksələn dinamika davam edir".