 
                
                
                
             
                
                
                
            Ermənistan MTX Eçmiədzində hərbi hissədə əməliyyat keçirir, yüksək rütbəli zabitlər saxlanılıb
Elxan Cəfərov: Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb
Zahid Oruc: “Real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir”
Kino Agentliyi son üç ildə 22 filmin çəkilişinə dəstək göstərib
Rusiyanın Sumı şəhərinə zərbələri nəticəsində 15 nəfər xəsarət alıb
 14 Yanvar  2021 20:04
14 Yanvar  2021 20:04 2 030
2 030
Azərbaycanın Dağlıq Qarabağdakı uğuru Böyük Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi.
Trend-in məlumatına görə, bu barədə "UK Defense Journal" agentliyinin dərc etdiyi məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibədə erməni qoşunları üzərində heyrətamiz qələbə qazandı, onun hərbi strategiyası isə çətin keçilən dağlıq ərazidə çox səmərəli oldu:
"Azərbaycan ordusu çox peşəkar ordudur və işğal olunmuş ərazilərin, o cümlədən strateji vacib Şuşa şəhərinin azad edilməsində aparıcı rol oynayıb. Amma ən güclü amil Azərbaycanın texnoloji gücü olub".
Məqalədə vurğulanır ki, son məlumatlara əsasən, Böyük Britaniyan Müdafiə Nazirliyi Azərbaycanın TB2 pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsindən sonra PUA proqramını genişləndirmək niyyətindədir.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    