“Azərbaycan ABŞ üçün çox önəmli tərəfdaşdır” Siyasət

“Azərbaycan ABŞ üçün çox önəmli tərəfdaşdır”

ABŞ-ın Ermənistandakı səfiri Bakıda işləməsi üçün problem görmür

"Azərbaycan Birləşmiş Ştatlar üçün çox önəmli tərəfdaşdır". APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Con Heffern ölkəsinin Azərbaycandakı elçisi vəzifəsində işləmək istəyib-istəməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
ABŞ-ın Azərbaycanla bir çox sahələrdə sıx əməkdaşlıq etdiyini deyən diplomat misal kimi Əfqanıstan üzrə əməkdaşlığı çəkib: "Azərbaycan enerji sektorunda əməkdaşlıq, yəni neft-qaz resurslarının Cənubi Avropa ölkələrinə çatdırılması baxımdan xüsusi önəm daşıyır".
C. Heffern qeyd edib ki, Azərbaycan həmçinin İranla münasibətlər baxımından vacib ölkədir. "Odur ki, biz Azərbaycanla sıx əməkdaşlıq edirik. Ona görə də Bakıda səfir işləməyimdə problem görmürəm. Onların Qarabağ məsələsindəki mövqeyini anlamağıma imlan yaradardı".