“Ermənistanın “soyqırım” təbliğatının qarşısını alacağıq” Siyasət

“Ermənistanın “soyqırım” təbliğatının qarşısını alacağıq”

Mövlud Çavuşoğlu: "Türkiyə hazırda İrəvanın bu istiqamətdə atdığı addımları diqqətlə izləyir"

Ermənistanın 1915-ci il hadisələrini "soyqırım" kimi təbliğ etmək cəhdlərinin qarşısı alınacaq. "Trend" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" telekanlına müsahibəsində bildirib.
XİN rəhbərinin sözlərinə görə, Türkiyə hazırda Ermənistanın bu istiqamətdə atdığı addımları diqqətlə izləyir: "2014-cü ildə Ermənistanın qondarma "soyqırım" məsələsi ilə bağlı xeyli aktiv olduğunu görürük. Lakin bu, o demək deyil ki, Türkiyə bunun qarşısında səssiz qalacaq".
Nazir deyib ki, Ankara mədəni, siyasi, elmi yollarla Ermənistanın bu istiqamətdə atdığı bütün addımların qarşısını alacaq.
Onun sözlərinə görə, Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci hadisələrinin araşdırılması üçün Osmanlı dövlətinin arxivlərinin açılmasına və ortaq tarixi komissiyanın yaradılmasına hazırdır.
Qeyd edək ki, erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin rarlamentləri qondarma "soyqırım"ı tanıyıblar. Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradaraq arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.