Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
25 Fevral 2021 08:55
2 373
İşğaldan əvvəl həm Dağlıq Qarabağda, həm də Aran Qarabağda uzunömürlülük indeksi yüksək olub. Ona görə də işğaldan azad olunmuş ərazilərin ekoloji faktorları, iqlimi imkan verəcək ki, burada məskunlaşmış insanlarda yenidən uzunömürlülərin sayı çoxalsın.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, ağır məcburi köçkünlük şəraitinə baxmayaraq işğal olunmuş rayonların insanlarında uzunömürlülük fenomeni genetik cəhətdən və güclü adaptiv xüsusiyyətlərin hesabına qorunub saxlanılırdı:
"Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir. Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib".
16 May 14:33
1 596
16 May 10:37
1 428
16 May 10:33
1 498