Almaniya ilə əməkdaşlığın yeni perspektivləri Siyasət

Almaniya ilə əməkdaşlığın yeni perspektivləri

Fuad Muradov: "Merkelin münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır"

"Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişdir. Bu səfər rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunuı göstərdi və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq etdi".
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Fuad Muradov dövlət başçısının səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Almaniyada dövlət başçıları mühüm bəyanatlar səsləndiriblər.
"İlk olaraq qeyd edim ki, kansler Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir amili saymaq olar. Eyni zamanda Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla Merkel Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarmızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli üçün Avropa Birliyinin imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar".
F. Muradov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təminatında oynadığı mühüm rol bu görüşdə bir daha təsdiqlənib. Kansler Merkelin Avropa ölkələrinin enerji şaxələndirilməsi üçün Bakının böyük töhfə verə viləcəyini deməsi ölkəmizin mühüm tərəfdaş kimi qəbul etdiklərini açıqlayır. Bu baxımdan danışıqlarda "Cənub Qaz Dəhlizi" layihəsinin xüsusi vurğulanması həm də prezident İlham Əliyevin yürütdüyü siyasi kursun düzgünlüyünü subutudur.
"Almaniya səfəri bu baxımdan uğurlu hesab edirəm. İki ölkə arasında əməkdaşlıqda yeni perspektivlər açır"

Elnur Eltürk