Davudoğlunun erməni müşavirindən açıqlama Siyasət

Davudoğlunun erməni müşavirindən açıqlama

Etyen Mahçupyan: " Rusiya nə zaman istəsə, onda da Cənubi Qafqazdakı problemlər öz həllini tapacaq "

Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması prosesi Ermənistan-Azərbaycan danışıqları ilə paralel aparılmalıdır. Trend-in çərşənbə axşamı Türkiyənin "Memurlar" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Baş nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tez bir zamanda bərpa edilməsi qeyri-mümkündür, bunun ən başlıca səbəbi isə Dağlıq Qarabağ probleminin olmasıdır.
Müşavir qeyd edib ki, Cənubi Qafqazda stabilliyin olması əsasən Rusiyadan asılıdır, dolayısı ilə Rusiya nə zaman istəsə, onda da Cənubi Qafqazdakı problemlər öz həllini tapacaq.
E.Mahçupyan əlavə edib ki, Türkiyə-Rusiya yaxınlaşması Cənubi Qafqazdakı problemlərin həllinə müsbət təkan verə biər.