“Təmas xəttində itkilər çox olacaq” Siyasət

“Təmas xəttində itkilər çox olacaq”

Azərbaycan-Ermənistan təmas xəttində tərəflər arasında itkilər bu il 2014-cü illə müqayisədə çox olacaq. Bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik erməni KİV-nə müsahibəsində bildirib: "Biz təmas xətti və Azərbaycan-Ermənistan sərhədində zorakılıq hallarının artmasından çox narahatıq. Biz ötən il tərəflərin rəsmi olaraq 60 itki verdiyinin şahidi olmuşuq. Bu ilin yalnız yanvar ayında isə artıq tərəflər 12 itki verib. Əgər bu dinamika saxlanılsa, tərəflərin itkilərinin sayı ötən ilki göstəricini keçə bilər. Bu çox ciddi faktdır. Biz zorakılıq hallarının artmasından çox narahatıq. Çünki bu sülh prosesinə, sülh planı üzrə danışıqlar aparılması imkanına mane olur. Bununla əlaqədar olaraq həmsədrlərin regiona gətirdiyi ən önəmli mesajlardan biri tərəflərin gərginliyin azaltmasıdır. Bu bizim sülh danışıqları istiqamətində apardığımız işlərin əsasında dayanır".
Uorlikin fikrincə, Vyana görüşün əsas nəticəsi o oldu ki, həmsədrlər prezidentləri sonrakı danışıqlar üçün masaya qaytara biliblər.
"Məlum olduğu kimi sonra Rusiya prezidenti Vladimir Putin Soçidə prezidentlərlə görüşdü, daha sonra ABŞ dövlət katibi Con Kerri NATO-unun Uelsdəki sammiti çərçivəsində görüş keçirdi və oktyabrda prezident Olland Parisdə Ermənistan və Azərbaycan liderləri ilə görüşdü. Hesab edirəm ki, onların bir-biri ilə danışması yaxşı xəbərdir. Onlar görüşdükləri zaman münaqişənin həlli istiqamətində növbəti yolların axtarışı üçün səmərəli, yaxşı danışıqlar aparırlar. Heç də hər şey həll edilmir, lakin biz bu görüşlərdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anladığını görürük. Əgər onlar razılığa belə gəlməsələr də, məsələlərin həll edilməsi üçün yaxşı atmosfer formalaşır".

Əli