“Azərbaycan xalqı hətta Əli Kəriminin “sosial aksiya” adı ilə təyin etdiyi mitinqə dəstək vermir” Siyasət

“Azərbaycan xalqı hətta Əli Kəriminin “sosial aksiya” adı ilə təyin etdiyi mitinqə dəstək vermir”

Niyaməddin Orduxanlı: "Unudur ki, xalq Əli Kərimlini son 22 ildə çox yaxşı tanıya bilib"

"Mənim verdiyim proqnoz özünü doğrultdu. Bir daha sübut olundu ki, Azərbaycan xalqı hətta Əli Kəriminin "sosial aksiya" adı ilə təyin etdiyi mitinqə dəstək vermir. Bu adam bu mitinqi siyasi deyil, sosial aksiya kimi təqdim edirdi. Və bütün təbliğatını da buna yönəltmişdi. Mitinqin keçirilməsinin səbəbini keçən ayda ABŞ dollarının Azərbaycan manatı ilə bahalaşmasına görə elan etmişdi. Mitinqdən əvvəl də mən yerli mətbuata demişdim ki, Əli Kərimli heç bir ciddi dəstək qazanmayacaq. Bu adam istəyirdi ki, görsün əhali bu vəziyyətdə onun çağrışına dəstək verəcək, ya yox. Ancaq unudur ki, xalq Əli Kərimlini son 22 ildə çox yaxşı tanıya bilib". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Milli Şuranın mitinqinə münasibət bildirərkən deyib: "Xalq yaxşı bilir ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə etdiyi xəyanət hansı formada olub. Bu adam kimlərə xəyanət etməyib ki? Hər kəsi öz maraqlarına qurban verən biridir. Heç bir özünə hörmət edən siyasətçi Əli Kərimli ilə müttəfiqlik etmir. Hətta xanım siyasətçilər də. Vaxtilə Lalə Şövkət Hacıyeva Əli Kərimlinin etdiyi xəyanətə görə demişdi ki, "əyninə şalvar geyinən hər kişiyə kişi demirlər". Lalə xanımın bu fikirlərini mətbuatdan tapıb oxuya bilərsiniz. Digər tərəfdən, bu adam 2013- cü ildə Rusiyanın dəstəyi ilə "Milli Şura" adı ilə hakmiyyətə gəlmək istəyirdi və buna görə Rusiya prezidenti Vladimir Putini "böyük demokrat" adlandırdı. İndi isə utanmadan mitinqə Avropa Birliyinin bayrağı ilə çıxır. Bu riyakar siyasətçiyə kim dəstək verər? Baxın, araşdırın görün vətəndaşlardan neçə nəfər Əli Kərimlinin çağırışı ilə mitinqə qatılmşıdı? Heç kim. Mitinqə gələnlər öz ailə üzvüləri və hakimiyyətdən qovulan Gültəkin Hacıbəylilər, polis və jurnalistlərdir. Dünən mən facebook.com sosial şəbəkəsində mitinqin yüksəklikdən çəkilən şəkilini yaymışam. Baxın, görün buna mitinq demək olar , ya, yox".
Onun sözlərinə görə, mitinqdən əvvəl Əli Kərimli sosial şəbəkədə "15 mart mitinqi" adı ilə event yaratmışdı: "Bilirsiniz ki, mən sosial şəbəkədən geniş istifadə edən insanlardan biriyəm. Və elə Kərimlinin yaratdığı eventlə tanış oldum. Təsəvür edirsiniz, mitinqə qatılacağını təsdiq edən profil sahibləri kimlər idi? Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroglu Pirok, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off, və Sabişka adlı xeyli saxta profillər. Yüzlərlə bu cür saxta profillər var idi. Yəni bu saxta profilləri Əli Kərimlinin tapşırığı ilə yaradıblar və bu cür saxtakarlıqla məşğul olurlar. Kim istəyirsə həmin eventə daxil olub, mitinqə qatılacağını təsdiq edən şəxslərin profilləri ilə tanış ola bilər. Cəmiyyət yaxşı bilir ki, bu mitinqin arxasında Əli Kərimlinin şəxsi maraqları durur".
BAXCP rəsmisinin sözlərinə görə, mitinq günü Əli Kərimlinin 10 ilə yaxın müavini işləmiş Razi Nurullayev mətbuata acıqlama verdi ki, bu cur mitinqlər üçün Əli Kərimliyə pul verirlər: "Ola bilsin ki, Əli Kərimli də pul qazanmaq üçün bu mitinqi keçirib. Bu daha çox inandırıcıdır. Çünki özü də yaxşı bilir ki, cəmiyyət onun çağırışına ciddi dəstək vermir. Hər halda Razi bəy onun müavini olub və onda kifayət qədər məlumatlar var. Mitinqə gələnlərin sayının az olması həm də ona görə ola bilər ki, Əli Kərimli xəsislik edir və verilən pulları xərcləmir. Onu yaxından tanıyan və onunla uzun müddət çalışan adamlar deyir ki, Əli Kərimli çox xəsis adamdır və pulu çox sevir. Bu da mümkündür ki, pul az xərcləsin. Əli Kərimliyə inam məsələsinə gəldikdə isə, siz mtinqdə Əli Kərimlinin yanında duran şəxslərə baxın və Elçibəyin zamanında partiyanın vitrinində olan şəxslərlə Əli Kərimlinin yanında duran insanları müqayisə etsəniz, özünüz Əli Kərimliyə olan inamı görəcəksiniz. Elçibəyin bir müavini və ya müşaviri belə Əli Kərimlinin yanında qalmayıb və istefa verib. Bu faktın özü kifayət edir. Bu gün onun yanında olan adamlara müracət edirəm. Siz soruşun ki, niyə Elçibəy dünyasını dəyişəndən sonra Elçibəyin 10-a yaxın müavini, müşavirləri, AXCP Rəyasət Heyətinin 19 nəfər üzvünün biri Əli Kərimlinin yanında qalmadı?! Bütün bu adamların hamısı pis oldu, Əli Kərimli yaxşı? Bu faktın özü onu göstərir ki, Əli Kərimli kimdir və niyə onun daxili çırkabla doludur".
O, həmçinin əlavə edib ki, Azərbaycan siyasətində Əli Kərimli qədər yalancı bir adam yoxdur: "2000-ci il parlament seçkilərində seçki bitən kimi Əli Kərimli və bütün müxalifət rəhbərləri sənəd imzaladı ki, parlamentə qatılmayacaqlar. Konstitutsiya Məhkəməsi parlamentin nəticələrini elan edən kimi, Əli Kərimli imzaladığı sənədə heç bir əhəmiyyət verməyib, gedib oturdu parlamentdə. Sanki bu adam bir ay qabaq qol çəkdyi sənəd olmayıb. Müsavat Partiyası Əli Kərimlini bu hərəkətinə görə 5 il satqın adlandırdı. Birmənalı deyirəm ki, bu məsələdə Əli Kərimlidən bir vasitə kimi istifadə edirlər. Əli Kərimli istənilən təxribatı törətməyə hazırdır ki, Azərbaycan dövlətinin və onu təmsil edən hakimiyyətin imicinə zərbə vursun. Bu gün Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur. Mən Əli Kərimlinin bundan sonra da təxribatlar törədəcəyini istisna etmirəm. Bu adamdan nə desən gözləmək olar".

Əli