Qüdrət Həsənquliyev: “Avropa Oyunlarının keçirilməsi imic üçün lazımdır” Siyasət

Qüdrət Həsənquliyev: “Avropa Oyunlarının keçirilməsi imic üçün lazımdır”

Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı basqılar

"Azərbaycan müharibə şəraitində olan ölkədir, bizim torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon qaçqınımız var. Biz Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birlikdən dəstək gözləyirik"
"Avropa Oyunları Azərbaycanı yaxşı mənada beynəlxalq birliyə tanıtmaq üçün gözəl bir fürsətdir"
"Yarış zamanı Avropa, dünya görəcək ki bu xalq həddindən artıq qonaqpərvərdir, alicənab və tolerant xalqdır, Ermənistandan fərqli olaraq Azərbaycanda heç bir problem yoxdur. Bu oyunlar beynəlxalq birliyə müqayisə imkanı yaradacaq, nəticədə ictimaiyyətin öz ölkələrinin hakimiyyətlərinə təzyiqi artacaq"
"Bizə həm də beynəlxalq birliyin mənəvi dəstəyi lazımdır, bunu erməni diasporası da görür. Ona görə çalışırlar ki, həm Azərbaycan ictimaiyyətini narazı salsınlar, həm də Azərbaycanın beynəlxalq birlikdə imicini korlasınlar"
"Avropa Oyunların keçirilməsi imic üçün lazımdır. Bu cür beynəlxalq tədbirləri çox qısa müddətdə yüksək səviyyədə hazırlamaqla biz xalqın inamını bərpa edirik və başqa xalqların yanında bu xalqın potensialını nümayiş etdiririk"
"Azərbaycanı tanıtmaq lazımdır, Avropa Oyunları yayımlanandan sonra Azərbaycanı bütün Avropa tanıyacaq"
"Yarış üçün obyektlər Azərbaycan üçün tikilib, bu yarış başa çatandan sonra həmin saraylarda başqa yarışlar keçiriləcək, bu, Azərbaycan üçün edilir, Azərbaycan üçün qalır"
"Xristian dünyasında islamafobiya güclənir, çalışırlar ki Azərbaycanı elə təqdim eləsinlər ki, Avropanın sərhədləri sanki Ermənistanla qurtarır. Bu məqsədyönlü şəkildə Azərbaycana qarşı aparılan kampaniyadır. Amma Azərbaycan Avropa dəyərlərini mənimsəmiş sivil bir ölkədir"
"Bu gün Avropada məscid tikilməsinə qadağa qoyulub, amma Azərbaycanda bütün səmavi dinlərin məbədləri var, sinaqoqlar, kilsələr var. Avropanın sadə insanları gəlib bunu görəcəklər"
"Azərbaycan güclənir, Azərbaycan xalqının özünə inamı artır və bu dövlət torpaqlarının işğal altında olması ilə barışmayacaq"
"Azərbaycan müsəlman ölkəsidir, dünyada bir xristian həmrəyliyi var. İstədikləri odur ki xristian ölkələri öz torpaqlarını genişləndirsin, Minsk Qrupu sanki Türkiyə-Ermənistan sərhədlərini açmaq üçün yaradılıb"
"Azərbaycan öz problemlərinə onu kimin tənqid etməsindən asılı olmayaraq diqqətlə yanaşmalıdır, biz çalışmalıyıq ki düşmənlərə əsas verməyək ki, Azərbaycanı tənqid eləsinlər"
"Ortada olan reallıqlar da bu gün onu göstərir ki, Azərbaycana qarşı böyük bir kampaniya başlayıb və bu kampaniyanın da arxasında böyük güclər dayanır"
"Rusiya ilə bir çox məsələlərdə ABŞ-ın maraqları toqquşur, amma Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan məsələsində eyni mövqedən çıxış edirlər"