“Radikal müxalifət öz zəifliyinin pik həddinə çatıb” Siyasət

“Radikal müxalifət öz zəifliyinin pik həddinə çatıb”

Tahir Kərimli: "Təşkilatları, rayon, şəhər strukturları dağılıb, rəhbərlikdə bir nəfər də keçmiş veteran hərəkatçı qalmayıb"

"Azərbaycanda çoxpartiyalı bir sistemdir. Şübhəsiz ki, güclü partiyalar olmalı və müxalifət də güclü olmalıdır. Amma bunu iddia etmək artıq yersiz görünür".
Bunu Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli son zamanlar radikal müxalif düşərgədə olanlara münasibət bildirərkən deyib. O qeyd edib ki, çünki, artıq 2005-ci ildən bu günədək radikal müxalifət hədsiz dərəcədə zəifləməkdə davam edir: "Yəni, radikal müxalifət öz zəifliyinin pik həddinə çatıb. Belə ki, təşkilatları dağılıb, rayon, şəhər strukturları dağılıb, rəhbərlikdə bir nəfər də keçmiş veteran hərəkatçı qalmayıb, hamısı tərk edib və etməkdədir, özləri də avtoritar, krientar tipli bir partiya qurublar. Yəni, 1 nəfərin nüfuzu ətrafında birləşən partiya... Buna görə də, kim onlara qarşı çıxırsa, partiyadan xaric edirlər, incidirlər, imkan vermirlər öz sözünü desin. Cəmiyyətdə demokratiya tələb edən partiyaların özünün içində bu abu hava yoxdur".
T.Kərimli əlavə edib ki, ona görə də, əgər 2003-cü ildən müxalifətin zəifləməsi var idisə, ondan sonra artıq heç vaxt müxalifət özünə gələ bilməyib: "Doğrudur, bir ara reablitasiya istəyi oldu, lakin bu mümkün olmadı. Elə oldu ki, bəzən il yarım ərzində heç bir mitinq də keçirə bilmədilər. İndi isə elə parçalanıblar ki, birgə hərəkət edə bilmirlər. Əvvəllər heç olmasa, sonuncu Milli Şura olmaqla ümumi təşkilat yaradardılar. İndi ayrı-ayrı təşkilatlar yaradıblar. Belə parçalanmış vəziyyətdə bunların parlament seçkilərində uğuru əlbəttə ki, gülməli görünür. İstənilən bir partiya ümidini ona bağlayıb ki, hakimiyyət onlara hansısa bir yardımı göstərsin ki, onlar parlamentdə təmsil olunsun. Özlərinin müstəqil olaraq, parlamentdə təmsil olunmaq gücü yoxdur".

Əli