Latviyanın keçmiş prezidenti həqiqəti dilə gətirib Siyasət

Latviyanın keçmiş prezidenti həqiqəti dilə gətirib

"Ermәnistan Azәraycanın Dağlıq Qarabağ әrazisini işğal edib"

"Beynәlxalq ictimaiyyәtin "dondurulmuş" münaqişәlәrlә bağlı reaksiyası çox zәifdir". Bu sözlәri "Şərq tərəfdaşlığı" ölkələrinin media konfransında çıxış edən Latviyanın keçmiş prezidenti, Madrid Klubunun prezidenti Vayra Vike Freyberqa deyib.
V. V. Freyberqa bildirib ki, müstәqilliklәrinin ilk illәrindә Ermәnistan Azәraycanın Dağlıq Qarabağ әrazisini işğal edib vә bu problemin həlli üçün ATӘT-in Minsk Qrupu yaradılıb: "Minsk Qrupu prosesinә cәlb olunan ölkәlәr var. 20-25 ilә yaxın vaxt keçib, lakin hәmin torpaqlarda vәziyyәt eyni olaraq qalıb. Demәk olar ki, heç bir irәlilәyiş yoxdur. Dnestryanı da dondurulmuş münaqişәdir vә onun da həllində irәlilәyiş yoxdur. Gürcüstan torpaqlarını itirib. Ukraynada hәrbi işğal var. Beynәlxalq hüquq bunları hәll etmәk iqtidarında deyil. Rusiya BMT Tәhlükәsizlik Şurasında olduğu müddәtdә biz BMT tәrәfindәn bu problemlәrin hәllini gözlәyә bilmәrik. Qorxuram k, beynәlxalq ictimaiyyәt 2015-ci ildә "dondurulmuş" münaqişәlәrin hәlli üçün yaxşı durumda deyil. Çünki dövlәtlәrdәn biri BMTTәhlükәsizlik Şurasında veto hüququna malikdir".