Rəsmi Bakı Ukrynanın ərazi bütövlüyünü dəstəkləyir Siyasət

Rəsmi Bakı Ukrynanın ərazi bütövlüyünü dəstəkləyir

Elmar Məmmədyarov: "Azərbaycan Ukraynada böhranın dinc yolla həllinə tərəfdardır"

"Azərbaycan Ukraynada böhranın dinc yolla həllinə tərəfdardır". Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.
Nazir deyib ki, Azərbaycan problemləri bu ölkənin Konstitusiyası çərçivəsində həll etməyə çağırır, eləcə də beynəlxalq prinsiplərə, o cümlədən ərazi bütövlüyü prinsipinə hörmət etməyə tərəfdardır.
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü prinsipinin pozulmasından əziyyət çəkən ölkələrdən biridir.
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında "referendum" keçirilib. Dünyanın bir çox ölkələri "referendum"un nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.