“İşğal altındakı ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qalıb” Layihə

“İşğal altındakı ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qalıb”

Faiq İsmayılov: "Onların bir çoxu tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib"

Ermənilər Azərbaycan torpaqlarını işğal edəndən, yerli sakinlərə divan tutandan sonra həmin ərazilərin zəngin yeraltı sərvətlərini də istismar etməyə başladılar. Beləliklə işğal edilən ərazilərdə tarixi abidələrimiz məhv edildi, bir çoxu erməniləşdirildi. Qanunsuz arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri Ermənistana və digər ölkələrə aparılaraq satıldı. Ona görə də bu faktların dünya ictimaiyyətinə çatdırılmasının böyük əhəmiyyəti var. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlardan biri Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyidir. Təşkilatın sədri Faiq İsmayılov "Xalq Cəbhəsi"nə müsahibəsində erməni vandalizmi ilə bağlı faktlardan, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı...
-Müstəqillik qazandıqdsan sonra Azərbaycanda bu sahədə ciddi bir boşluq vardı. Ermənilər mədəniyyətimizi məhv edir tariximizə sahib çıxırdılar. Məhz bu səbəbdən mən bu təşkilatın yaranmasına qərar verdim. Təşkilatımızın əsas məqsədi: Azərbaycanın bütün işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrin qorunmasına və mühafizəsinə çalışmaq olub. Məqsədimizə çatmaq üçün Azərbaycanın incəsənət nümunələrinin qeyri qanuni yolla dünyada alınıb satılmasına qarşı mübarizə aparır, işğal zamanı Azərbaycan ərazilərindən qarət edilib aparılmış mədəniyyət və incəsənət nümunələrinin ölkəmizə qaytarılmasına çalışır, işğal altında olan bütün abidələr üzərində beynəlxalq ictimai nəzarətin yaradılmasına səy göstərir, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin məhvinə yönəlmiş antihumanist hərəkətləri ifşa edirik. 2005-ci ilin mayında dövlət qeydiyyatına alınmışıq. Mən bu gün fəxrlə deyə bilərəm ki, əziyyətimiz hədər getməyib, gördüyümüz işlərin nəticələri göz qabağındadır.

-İndiyə qədər hansı içşlər görülüb, reallaşdırdığınız layihələr hansılardır?
-Biz erməni vandallığının ifşası istiqamətində bir çox xarici ölkələrdə görüşlər, konfranslar keçirmişik. Xeyli sayda tədqiqat işlərimiz var, yeddi dövlətdə əhəmiyyətli layihələr həyata keçirmişik.

-Perspektivdə hansı planlar var?
-Prespektiv planlarımız çox böyükdür, mədəni dəyərlərin Cənubi Qafqazda Regional təhlükəsizlik bazasını yaratmaq, İşğal altında qalan mədəni sərvətlərimizin elektron məlumat bazasını yaratmaq kimi məsələlər planlarımıza daxildir və yaxın zamanlarda bu məsələlərin həllinə çalışacağıq.

- Erməni vandalizmi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinə nə qədər maddi ziyan dəyib?
-İşğal altındakı tarix və mədəniyyət abidələrinin qiymətləndirilməsi metodologiyası Azərbaycan praktikasında ilk dəfədir ki həyata keçirilir. Abidələrin qiymətləndirilməsi Beynəlxalq Qiymət Standartlarına uyğun aparılır. Təbii ki, müharibə amili işğal altındakı ərazilərdə qiymətləndirmə zamanı oradakı abidələrə baxış keçirilməsinə mane olur. Lakin qiymətləndiricilər bu proses zamanı abidənin daxili və ya xarici interyerində bədii-obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün abidənin memarlıq xüsususiyyətləri və tikinti üslubu üzərində təhlillər aparırlar, xarici ölkə arxivlərini və digər informasiya mənbələrini araşdırır, eləcədə kosmosdan müşahidələr aparmaqla öz məqsədlərinə nail olurlar... Sirr deyil ki, işğal altındakı ərazilərdə mədəni irs potensialının əsasını arxeoloji abidələr təşkil edir. İşğal altındakı ərazilərdə arxeoloji abidələrin çoxluğu dəyərli obyektlərin xüsusi ümuiləşdirmə və sistemləşdirmə yolu ilə tətqiq edilməsi şəraitini tələb edir. Nəzərə almaq lazımdır ki, işğal altındakı ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qaldığından, onların bir çoxu tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib. Buna misal olaraq Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanlarını, Ağdam rayonunun Kültəpə kurqanlarını, Laçın, Kəlbəcər rayonları ərazilərindəki onlarla kurqanları ermənilər tamamilə dağıdaraq hətta coğrafi xəritədən belə siliblər. Qeyri-qanuni qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, bəzəklər və ov alətləri, Azərbaycan ərazilərindən çıxarılaraq Ermənistana daşınıb. Ermənilər tərəfindən, Azərbaycandan çıxarılan daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri yüz milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik dəqiq məlum deyil.
Arxeoloji abidələrin tarixliyi və dəyər göstəricilərini uçota alan əmsallar müəyyən etdikdən sonra istər – istəməz arxeoloji irsin qiymətlənirilməsinin əsasları aşkar olunacaq.
Bu mərhələdən sonra ekspertlər arasında abidənin dəyərini (yaxud bərpa dəyərini) müəyyənləşdirilməsi barədə sorğu aparıla bilər. Ekspert qismində əsasən arxeoloqlar, tarixçilər, memarlar, dizaynerlər, bərpaçılar, qiymətləndiricilər və s. dəvət oluna bilərlər.
Zərərin dəyəri əmsalların köməyi ilə qiymətləndirilir. Onun hesablanmasında maddi amil ilkin bazadır. O arxeoloji və ya memarlıq abidələrinin dağıdılmış hissələrinin elmi tətqiqinə çəkilən xərclər, abidənin dağıdılmasından sonra müayinə xərcləri, abidənin və ladşaftın bərpası üzrə konvensiya işlərinin, eləcə də itirilmiş arxeoloji kolleksiyanın dəyəri əsasında hesablanır.
Dövlət Qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi cəmi 84 883 726 000 dollar, dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin ümumi cəmi
46 066 086 000 dollar, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi cəmi 130949 812 000 dollardır.

- Azərbaycan abidələrini erməniləşdirmək faktları da az deyil...

-Ermənilər, işğal altında saxladıqları Azərbaycan ərazilərində nəinki sənaye, kənd təsərrüfatı, təbii sərvətləri dağıdıb qarət edib iflic vəziyyətinə salıblar, eyni zamanda, orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən azərbaycanlılara məxsus folklor, toponimləri, mətbəx eləcədə tarixi əsərlərin yazılı nümunələrini (epiqrafik əsərlər) birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərlərin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər.
Azərbaycan XVIII əsrin sonlarından, ta XXI əsrədək, ermənilər tərəfindən daim ərazi itkisi ilə üzləşdiyindən, özünün mədəniyyətinin böyük itkisi və tarixinin təhrif edilməsi ilə barışmalı olub. Bu gün işğal altındakı ərazilərimizdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onları mühafizə edərək, gələcək nəsillərə çatdırması bizim borcumuz və vəzifəmiz hesab etməlidir.
İşğal altındakı abidələr forma və həcminə şörə iki hissəyə bölünür; daşınan abidələr (səyyar) və daşınmaz (stasionar) abidələrdir. Daşınan abidələr, muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində (məscid, kilsə, məbəd) şəxsi mülklərdə və başqa yerlərdə qorunan eksponat və digər əşyalardır. Halbuki bu kateqoriyaya aid aid olan 26 muzey, şəkil qalareyaları və şəxsi mülklərdən100 minlərlə eksponat torpaqlarımızın işğalı dövrü ermənilər tərəfindən qənimət kimi mənimsənilərək, bir qismi aparılaraq Ermənistanda saxlanılmış, bir qismi isə Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərin, böyük şəhərlərində satış üçün hərraca çıxarılmış və ya nüfuzlu şəxslərə hədiyyə edilib.
Hazırda İşğal olunmuş ərazilərdə qismən salamat qalan abidələr, Daşınmaz abidələr kateqoriyasına aid olanlardırlar. Onlar əsasən arxeoloji və memarlıq qrupuna daxil olan binalar, tikintilər və qurğulardır ki, bu abidələr inşa edildikləri və ya qurulduqqları yerlərdə hələlik öz mövcudluqlarını qoruyub saxlayırlar.
Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, suni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub.
Arxeoloji abidələr; İnsanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər; o cümlədən qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, magaralar, eləcədə kənd və şəhər qalıqları, Qədim müdafiə sistemləri və istehkamlar, daş və torpaq sədlər ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları; Dini xarakterli ərazilər, o cümlədən ziyarətgahlar, qədim məbəd və monastrların qalıqları, dini ibadət komplekslərinin qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər; Qədim qəbiristanlar, dini və xatirə abidələri, digər dəfn yerləri, kurqanlar və torpaq qəbir kompleksləri, küp qəbirlər, Qədim təsərrüfat yerlərinin qalıqları; hər cür qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilər və izlərin qalıqları, heyvandarlıq, əkincilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları, nəqliyyat xəttləri, tikintiləri və yaşayış məskənləri və s-lərdir.
İşğal olunmuş ərazilərin bu qrupa aid olan yerlərində arxeoloji qazıntılar aparmaq məqsədi ilə Ermənistan hökuməti, Ermənistan Ekspedisya Arxeologiya və Etnoqrafiya İnstitunun baş elmi işçisi tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbədliyi ilə daimi komisiya yaratmışdır. 2000-ci ildən etibarən daimi fəaliyyət göstərən bu komisiya Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələrin dağıdılması ilə məşğul olurlar. Bu dağıntıların həyata keçirilməsində ermənilər, Ermənistanın ali və orta ümumtəhsil məktəblərinin şagird və tələbələrini və eləcədə Qarabağın erməni əhalisini səfərbər edirlər. Ermənistan hökuməti və "Daşnakstün" ümumdünya terror təşkilatının nümayəndələri bu komisiyanı beynəlmiləşdirərək onun tərkibinə Böyük Britaniya, İspaniya, Niderland və İslandiyadan mütəxəsislər cəlb ediblər. Onların bu ardıcıl fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların ərazilərində kurqanlar, küp qəbirlər, qədim təsərrüfat yerləri eləcədə Xocalı-Gədəbəy mədəniyyətinə aid bütün mədəniyyət nümunələri dağıdılaraq yerlə yeksan edilb...

Əli

Ardı var...