Putin Sarkisyana təzyiq edir? Layihə

Putin Sarkisyana təzyiq edir?

İşğal edilən rayonlarımızdan bir neçəsinin geri qaytarılacaqğı Ermənistan mətbuatında


2016-cı ilin 20 iyun tarixində Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə Serj Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı razılaşdığı ortaya çıxıb.

Ermənistanın "lragir" saytı Sarkisyanın Putinin iştirakı ilə keçirilən görüşdə ən azı 2 rayonun qaytarılacağına dair söz verdiyini yazıb.

"2016-cı ilin 16 mayında Vyana görüşündən qayıdan Sarkisyan özünü qalib kimi aparırdı. Çünki görüşdə atəşkəsə nəzarət mexanizmlərinin qurulması ilə bağlı razılıq əldə edilmişdi. Lakin Sankt-Peterburqda Vladimir Putinin təşəbbüsü ilə keçirilən görüşdə vəziyyət dəyişdi. Sarkisyan İrəvana qayıdan kimi heç paltarını dəyişmədən Dağlıq Qarabağa getdi və "aprel müharibəsi"ndə Azərbaycanın qaytardığı əraziləri qəbul etdi. Həmin vaxt ərazilərin qaytarılması aktual idi", - deyə sayt yazıb.

Məqalədə qeyd olunur ki, Sarkisyan Sankt-Peterburqa yola düşməmişdən öncə Jirayr Sefilyanı (keçmiş Qarabağ döyüşçüsü, İrəvanda baş verən silahlı qiyamın səbəbkarı) həbs etdi: "Bu, onun ərazilərin qaytarılmasına razılaşmağa getdiyini təsdiq edirdi. Daha sonra Sefilyanın tərəfdarları polis alayının binasını tutdular və qiyam baş verdi. Daxili çaxnaşmalar prezidentlərin üçüncü görüşünün təxirə düşməsinə səbəb oldu. Halbuki, "Kazan düsturu" variantı demək olar ki, işə düşürdü və ərazilər qaytarılacaqdı. İyulda isə bu təhlükə sovuşdu".
Politoloq Elşən Həsənovun fikirncə, Sarkisyan bu dəqiqə Rusiyanın istədiyi tapşırığını yerinə yetirməyə hazırdır: "Bilirsiniz ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və Sarkisyan ölkəni parlamentli respublika elan etmək istəyir. Niyyəti isə prezidentlik kürsüsünü əldən verməməkdir. Ona görə də bir ayağı Avropada, bir ayağı isə Rusiyadadır. Rusiya prezidenti Putinlə Dağlıq Qarabağ münaqişəsi hər zaman müzakirə edilib. Amma bu vaxta qədər Putin Qarabağ münaqişəsilə bağlı yumşaq mövqe nümayiş etdirməyib. Ona görə ki, Türkiyə ilə münasibətlərində soyuqluq yaranmışdı. İndi hər iki ölkə arasında buzlar əriməkdədir və Türkiyə prezidenti Ərdoğanın bu günlərdə Moskvaya səfəri və səfər çərçivəsində rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə gətirməsi onu deməyə əsas verir ki, prosesdə dəyişikliklər gözlənilir. Bu dəyişikliklərdən biri də Sarkisyanın geri çəkiləcəyi olacaq. Firik verdinizmi, həmişə Sarkisyan öz təşəbbüsü ilə Rusiyaya getdi. İndiyə qədər bir çox hallarda o, məhz Putinin çağırışı ilə Moskvada olmuşdu. Lakin bu dəfə təşəbbüs Ermənistan prezidentindən gəldi. Hesab etmək olar ki, Sarkisyanın Putindən istəkləri var. Bundan başqa bir müddət öncə Sarkisyan Brüsseldə Avropa İttifaqı və NATO nümayəndələri ilə görüşdü. Sarkisyan Putinə hesabat verməlidir. Axı o buna məcbur edilib. İndi də Fransadakı görüşləri və fransalı həmkarı ilə apardığı danışıqları Putinə deməlidir".
Politoloq Mirsamir Məmmədovun fikrincə isə, erməni mətbuatının yazdıqlarına hec vaxt inanmaq lazım deyil: "Erməni mətbuatı qeyri-rəsmi mənbələrə istinadən belə xəbərlər yə yaxud da hansısa ekspertin proqnozlarıdır. Amma o düzdür ki, Sarkisyan Dağlıq Qarabağ məsələsində Rusiya prezidentinin razılığı ilə heç nə etmir. Burada təkcə Qarabağ məsələsi deyil, Ermənistan satın alınmış bir ölkədir, Rusiya tərəfindən. Ona görə də Sarkisyanın daxili və xarici siyasəti Rusiya tərəfindən müəyyənləşdirilir və Ermənistan hakimiyyəti bu siyasətə xidmət edir. Sarkisyandan əvvəlki hakimiyyətin siyasəti də belə idi. Bundan sonra da belə olacağına şübhəm yoxdur. Bilirsiniz, Azərbaycan Qarabağ məsələsində Ermənistanla yox, Rusiya ilə üz-üzə qalıb. Ermənistan hec vaxt Azərbaycanın qarşısında duruş gətirə bilməz. Ona görə də münaqişənin həlli uzanır. Azərbaycan sülh tərəfdarıdır və istəyir ki, işğal edilən torpaqlarımız dinc vasitələrlə geri qaytarılsln. Ermənistan isə daim bu məsələdə destruktiv mövqe tutub. Amma bu gün bütün proseslər Azərbaycanın xeyrinə işləyir. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının dünyada yeritdiyi siyasət Ermənistanın işğalçılıq siyasətini ifşa etməkdədir. Bu gün Ermənistanın daxilində parçalanmalar müşahidə olunur. Əvvəlki rəhbərlik indiki iqtidarı Qarabağ məsələsində ittihamlayır. Məsələn, martın 12-də Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs" partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu "Ohanyan-Raffi-Oskanyan" blokunun seçicilərlə görüşü zamanı atışma baş verib. Bütün bu oyunların başında Qarabağ münaqişəsi dayanır. Seçkilərə namizədlərin hər biri bu məsələni ictimailəşdirməklə özlərinə dvident qazanmçaq niyyətindədir. Ona görə də Sarkisyan daxili və xarici auditoriyada itirmiş nüfuzunu qazanmaq ücün səfərlər edir və ona verilən tapşırıqları yerinə yetirir ki, təki hakimiyyəti əldən getməsin".
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan prezidenti Sarkisyanın Moskva səfəri çərçivəsində əsasən ölkəsində keçirilən seçki ilə bağlıdır. Ötən ay lokal hərbi eslakasiyadan sonra yenidən diplomatik cəbhədə fəallaşma yaşanmaqdadır. Minsk qrupunun üzvlərinin regiona səfəri və Moskvada iki ölkənin XİN rəhbərliyinin ayrı-ayrılıqda Lavrovla müzakirə aparması, görünür ortada hər hansı bir şərt yaxud sənəd var. Ötən il aprel hadisələrindən sonra Rusiyanın vasitəçiliyi ilə geniş danışıqlar getdi və ortada konkret həll forumları var idi. Bu həll forumlarında iki rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi öz əksini tapmışdır. Azərbaycan buna getmədi: "Çünki, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşməsi, digər ərazilərin əldən çıxması demək idi. Erməni mətbuatı dezo və ya Sarkisyanın əleyhinə yazılar yaza bilər. Amma burada real konkret məsələlər var. Hesab edirəm ki, Ermənistanda seçki qabağı və sonrası hər hansı iki rayonun qeyd-şərtsiz boşaldılması baş verməyəcək. Onda iki rayon azad edilə bilər ki, Azərbaycan üçün məqbul olmayan Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsinə icazə versin. Sarkisyanın iki rayonu qaytarması əvəzində komunikasiyaların açılması və iqtisadi blokadanın aradan götürülməsi isə, Kreml tərəfindən imkan verilməz. Yalnız cəbhədə güc yolu ilə istənilən nəticəyə gəlmək mümkündür. Əgər apreldən sonra iki rayonun qaytarılması əvəzinə Rusiya Qarabağda sülhməramlı qüvvələrini yerləşdirilməsi istiqamətində danışıqlar aparılsa bu çox təhlükəli bir gedişatdır. Rusiya bu münaqişədə dominantdı. Buna baxmayaraq cəbhədə Azərbaycan isətdiyi vaxt işğalçıya güc tətbiq etməyə qadirdir. İki rayon qeyd-şərtsiz azad edilməsinə optimist deyiləm. Çünki, hazırda şərtlər münaqişənin həllini vacib edirsə də, bu iki rayonla baş verməməlidir".
Politoloq Vasif Əfəndinin fikrincə, Ermənistanın "Aravot" qəzeti də Sarkisyanın müharibə mesajının arxasında Moskvanın təzyiqinin dayandığını yazıb. Qəzetdə iddia olunur ki, Rusiya Sarkisyandan işğal olunmuş torpaqları geri qaytarmaağı tələb edir: "Qəzet qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "Lavrov planı"nın tətbiqi üçün İrəvana təzyiq edir: "Bu plan "aprel müharibəsi"ndən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır. Ermənistan tərəfi Qarabağ probleminin həll olunmasına görə Rusiyanın onlara guya təzyiq etməsini və mövcud olmayan "Lavrov planını " gündəmə gətirməklə əsl həqiqəti yayındırmağa çalışır. Ola bilsin ki, danışıqlar dövründə Lavrov Rusiya maraqları prizmasından münaqişənin həlli istiqamətində hər hansı bir təkliflə şıxış etmiş olsun. Lakin reallıq və fakt odur ki, indiyə qədər edilən bütün təkliflər "tərəflər razılığa gələ bilmədilər" bəhanəsi ilə arxivə atılıb. Ermənistan prezidentinin Fransaya səfərinin pərdəarxası niyyətlərini gizlətmək məqsədi ilə bu şaiyə-təbliğat işə salınıb. Bu dəfə guya Rusiya təzyiqindən qurtulmaq üçün Sarkisyanın Fransaya sığınmaq məcburiyyətində olması təbliğatı aparılır. Bu açıq və şərəfsiz yalan Azərbaycanın başının altına yastıq qoymaq planının tərkib hissəsidir və Rusiyanın göstərişi ilə həyata keçirilir".
Cavid