İşğalçı orduda acınacaqlı durum - Faktlar Layihə

İşğalçı orduda acınacaqlı durum - Faktlar

(əvvəli ötən sayımızda)

İşğal edilmiş ərazilərimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində yerlibazlıq səbəbindən baş verən hadisələrin sayı çoxalmaqdadır və bu yönümdə davalar səngimək bilmir.
Baş verən növbəti hadisəni araşdıran Samvel Bağdasaryanın məruzəsinə əsasən, Martunidə yerləşdirilən alayın döyüş postunda qarabağlı erməni hərbçi ilə İrəvandan olan əsgər arasında başlayan mübahisə davaya çevrilib.
Dava zamanı onu döyən və təhqir edən hərbi qulluqçuya gücü çatmayan əsgər Varazat Zakaryan çıxış yolunu odlu silahla özünə qəsd etməkdə görüb.
Xəsarət alan hərbi qulluqçunun vəziyyəti barədə məlumat gizlədilsə də, faktla bağlı araşdırma davam edir.
***
Ermənistan silahlı qüvvələrinin bölmələrində gənc əsgərlərin döyülməsi adi hala çevrilib. Maraqlısı odur ki, erməni zabitlər düşmən ordusunu bürüyən bu bəla ilə mübarizə apara bilmirlər.
Məlumatda deyilir ki, Ağdərə ərazisində düşmən ordusunun 4-cü taborunda xidmət edən əsgər Sevak Qazaryanın başına gələnlər prokurorluqla hərbi hissə komandanlığı arasında ciddi qalmaqala səbəb olub.
Belə ki, diviziya komandiri S.Qazaryanın xidmətdən yayınmaq məqsədilə özünə xətər yetirməsini iddia etsə də, prokurorluğun təyin etdiyi tibbi ekspertiza əsgərin ən azı 3 nəfər tərəfindən döyüldüyünü sübut edib.
***
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən biabırçı hal ciddi qalmaqala səbəb olub.
Məlumatda deyilir ki, taborlardan birində əsgərlər arasında kütləvi dəri-zöhrəvi xəstəliyinə yoluxma aşkar edilib. Aparılan sorğu nəticəsində xəstəliyə yoluxan hərbi qulluqçuların hamısınin, taborda işləyən 1996-cı il təvəllüdlü Laura Sardaryanla cinsi əlaqədə olduğu məlum olub.
Hadisəni ört-basdır etmək üçün L.Sardaryan İrəvandakı Kanaz hərbi hospitalının dəri-zöhrəvi bölməsinə göndərilib. Xəstəliyə yoluxmuş hərbi qulluqçuların isə taborun tibb məntəqəsində müalicəsi təşkil edilib.
***
Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edənlərin müxtəlif bəhanələrlə xidmətdən yayınma və mülki şəxslərə qarşı cinayətlər törətmə halları artıb.
Məlumatda deyilir ki, İrəvanda müalicə olunan leytenant Manuk Mirzoyan hərbi hospitaldan qaçmaqdan əlavə, həm də mülki vətəndaşların əmlakını oğurlayıb.
Hadisə barədə polis bölməsinin növbətçisi R.Zolayan, leytenantın komandiri polkovnik A.Beqlaryana məlumat verib. Leytenantın törətdiyi cinayət hadisələri araşdırılarkən o da məlum olub ki, zabit xəstə deyil, xidmətdən yayınmaq məqsədilə rüşvət verərək İrəvana hospitala göndərilməsinə nail olub.
Qeyd: KİV-lərdə Ermənistan Müdafiə Nazirliyinin və İstintaq komitəsinin yanvar ayının 1-də ölən hərbi qulluqçu barədə məlumat verməməsi ilə bağlı məlumatlar yayılıb.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, ötən il dekabrın 31-i saat 03:50 radələrində "N" saylı hərbi hissənin müdafiə ərazisinin döyüş mövqeyində hərbi sursatla davranış qaydalarının pozulması ilə qumbaranın partlaması nəticəsində müddətli hərbi xidmət hərbi qulluqçuları (əsgərlər) S.Torosyan, M.Manukyan və A.Marabyan partlayış qəlpələrindən allınmış bədən xəsarətlərilə hospitala yerləşdiriliblər.
Məlumata görə, yaralı əsgərlərdən biri hələ də hospitaldadır. Hadisə ilə bağlı Ermənistan ordusu 1-ci qarnizonunun istintaq şöbəsində hərbi sursatla davranış qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
***
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edənlərin müxtəlif bəhanələrlə xidmətdən yayınma və mülki şəxslərə qarşı cinayətlər törətmə halları artıb.
İrəvanda müalicə olunan leytenant Manuk Mirzoyan hərbi hospitaldan qaçmaqdan əlavə, həm də mülki vətəndaşların əmlakını oğurlayıb.
Hadisə barədə polis bölməsinin növbətçisi R.Zolayan, leytenantın komandiri polkovnik A.Beqlaryana məlumat verib. Leytenantın törətdiyi cinayət hadisələri araşdırılarkən o da məlum olub ki, zabit xəstə deyil, xidmətdən yayınmaq məqsədilə rüşvət verərək İrəvana hospitala göndərilməsinə nail olub.
Faktla bağlı açılan cinayət işinin istintaqı Ağdərə hərbi polisinə həvalə edilib.
***
Ermənistanda hərbi hissə komandiri Marat Hovhannisyan əsgərləri və hərbi hissənin fəhlələrini öz ailəsi ilə qardaşına məxsus torpaq sahəsində işlətməkdə ittiham edilir.
Erməni KİV xəbər verir ki, polkovnik rütbəli Marat Hovhanisyan ilkin istintaqın rəyinə görə, hərbi hissə komandiri olaraq, öz səlahiyyət mövqeyindən sui-istifadə edib.
O, öz ailə üzvləri, arvadı, oğlu, həmçinin qardaşına aid torpaq sahələrində dəmir qüllələrin tikintisi işlərinə tabeliyindəki hərbi hissənin işçilərini, o cümlədən 4 müqaviləli hərbi qulluqçunu cəlb edib.
Bunlar arasında baş gizir və leytenant rütbəli hərbçilər də var. Bu hərbçilər hərbi hissədə öz səlahiyyət vəzifələrini buraxaraq, hərbi hissənin texnikasını, nəqliyyat vasitələrini, yanacaq və qaynaq qurğusunu istifadə etməklə Hovhannisyanın torpaq sahəsində işləyiblər.
Tam şəkildə iki həftəyədək qeyd edilən şəxslər xidmət yerinə gəlməsə də, dövlət hesabına əmək haqqı ilə təmin ediliblər. Məlumata görə, polkovnik rütbəli hərbi hissə komandirinə qarşı cinayət məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
***
Ermənistan və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunmuş erməni hərbi bölmələrində əsgər heyətindən sonra zabitlərə də ağıllı və digər kameralı telefonların istifadə edilməsi qadağan olunub.
Bildirilir ki, bu tipli telefonların istifadə edilməsinin qadağan olunmasına səbəb telefonlar vasitəsilə çəkilən və gizlilik xarakteri daşıyan şəkillərin sosial şəbəkələrdə yayılmasıdır. Bundan başqa internetə qoşulan telefonlar vasitəsilə qeyd edilən şəxsin yerinin müəyyən edilməsi də mümkündür.
Lakin Ermənistan Müdafiə Nazirliyindən bu dəyişikliyin səbəbini öyrənmək mümkün olmayıb. Zabitlər əmin edir ki, bu addım ordunu, daha doğrusu orduda baş verənləri qapalı saxlamaq məqsədi daşıyır. Bu yolla baş verənlərin, yəni Ermənistan ordusundakı zorakılıqların lentə alınmasının qarşısı alınır.
***
Ötən il ərzində Ermənistan Silahlı Qüvvələrində 11-i intihar olmaqla, 63 ölüm hadisəsi qeydə alınıb.
Bu barədə "İnsan haqları naminə jurnalistlər" ictimai təşkilatı bildirib.
Təşkilatın sədri Janna Aleksanyan "İnsan haqlarının müdafiəsi koalisiyası"nın təşkil etdiyi "orduda insan hüquqlarının pozulması və onların qarşısının alınması mexanizmi" mövzusunda təşkil edilən ictimai müzakirələr zamanı bildirib ki, bu rəqəm 2017-ci ildə 72 olub. Müzakirə iştirakçılarından olan "İnsan haqları naminə jurnalistlər" ictimai təşkilatının vəkili Hayarpi Sarkisyan zabitlər tərəfindən zorakılığa və cinsi təcavüzə məruz əsgərlərə dair bir neçə fakt barədə danışılıb.
O, Ermənistan Müdafiə Nazirliyi tərəfindən belə əsgərlərin "simulyant" kimi dəyərləndirməsini qınayıb. Bu məsələdə hərbi prokurorluğun da neqativ rolu pislənib. Vəkil orduda baş verən intihar halları barədə də danşaraq qeyd edib ki, hərbi qulluqçu ölən kimi onun üzərindəki zorakılıq əlamətləri nəzərə alınmadan bir qayda olaraq intihar kimi qələmə verirlər.
O, 2018-ci ildə Tavuşda yerləşən hərbi hissələrdən birində ölən hərbi qulluqçunun cinayət işinin araşdırılması zamanı hadisə yerinin 6 aydan sonra müayinə edilməsi kimi mənfi hallara görə hərbi prokurorluğa etimad göstərilmədiyini vurğulayıb.
Vəkil Hayarpi Sarkisyanın açıqladığı məlumatlara münasibət bildirən, Ermənistan parlamentinin müdafiə, daxili işlər və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan açıqlanan faktların onun üçün gözlənilməz olduğunu qeyd edib.
***
Ermənistan hökumətinin 12 aprel 2018-ci il tarixli 404 saylı qərarı ilə enurez (gecə sidiyi saxlaya bilməmə) xəstəliyi olan gənclərin də orduya çağırılması müəyyən edilib.
Erməni KİV xəbər verir ki, 2018-ci ilin yay ayında enurez xəstəsi olan 100-dən artıq çağırışçı artıq orduya aparılıb.
Bildirilir ki, həmin əsgərlər hərbi hissələrdə sağlamlıq və psixoloji problemlərlə üzləşdiklərindən şikayətlənirlər. "Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Assosasiyası" təşkilatının rəhbəri, vəkil Davit Vardikyanın sözlərinə görə, keçmişdə hərbi xidmətə yararsız olan şəxslərin, bu qərarla hərbi xidmətə yararlı olmasına nəyin əsas verdiyi anlaşılmazdır. Vəkil bu xəstəliklə hərbi xidmətin bir araya gəlmədiyini qeyd edir.
Bu xəstəliklə xidmət edən, adı açıqlanmayan bir nəfər erməni əsgəri bildirib ki, məhdudiyyətlə hərbi xidmətə cəlb edilsələr də, bu hal onların vəziyyətini yüngülləşdirmir. Onun sözlərinə görə, orduya çağırılmadan öncə bu hal hər həftə 2-3 dəfə baş verirdisə, indi hamı bu halın sayının artmasından şikayətlənir. Hərbi hissələrdə gigiyena qaydaları təmin edilsə də, bu da problem yaradır.
Erməni əsgər bildirir ki, hər səhər tezdən yuyunmaqla, sırada dayanır və nəticədə soyuqlamaya tutulur. Buna baxmayaraq, əsas problemin psixoloji sahədə olduğu qeyd edilir. Onların xəstəliyi barədə hərbi hissədə və hərbi hissədən kənarda hamı bilir. Bölükdə hamının eyni xəstəlikdə olduğunu qeyd edir. Başqa bir erməni əsgər bildirir ki, bəxtləri eyni olmaqla, damğalanmış dostlardır.
Bu hərbi qulluqçular ayrıca ərazidə xidmət edirlər. Hərbi hissədən kənara çıxan kimi hamı onların kimliyini, xəstəliyini bilir. Erməni əsgər bildirir ki, belə şəraitdə xidmət etdikləri artıq onların yaşayış yerlərində də məlum olub. Bu isə gələcəkdə onların evliliyinə və həyatına maneçilik törətməklə psixoloji əngəl yaradacaq.
Erməni psixoloqlardan biri qeyd edir ki, 20 yaşlı gənclərdə bu hal lazımsızlıq, layiqincə kişi olmadığı, hansısa əlamətə nəzarət edə bilmədiyi fikri formalaşdırır və cinsi pozğunluğa yol açır. Belə bir mənəvi zərbə dərin depressiyaya səbəb ola bilər. Bu ilin əvvəlində Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi tibbi komissiyasının sədri bildirib ki, silahlı qüvvələrdə bu və ya digər xəstəliklə ilk dəfə çağırılan hərbi qulluqçular arasında ekspertiza aparılacaq, lakin hələlik bu sahədə yenilik yoxdur.
Cavid