Erməni “ziyalıları”nın “böyük Ermənistan” sayıqlamaları Layihə

Erməni “ziyalıları”nın “böyük Ermənistan” sayıqlamaları

"Erməni soyqırımı" ermənilərə sanki məcburi, iradəsindən asılı olmadan təlqin edilən hadisədir

II yazı

Ermənilər xüsusən XX yüzildən başlayaraq davamlı şəkildə qəsbkarlıq niyyətlərini açıq şəkildə gerçəkləşdirməyə başlayıblar. Onlar istəklərinə yetmək üçün ideoloji mübarizəyə üstünlük veriblər. Erməniləri şovinist ruhda kökləməklə yanaşı təqdim etdikləri "əzabkeş xalqın" fəryadını dünyaya yayıblar. İnsanlığa əsaslanmayan ermənilərin dünyaya sözünü isə vəhşiliyi ölçü sayan erməni "ziyalıları" yayıblar.
Bu baxımdan Zori Balayanın psixopatoloji anatomiyasını tədqiq və təhlil etməyinə dəyər. Araşdırmaçı Ə.Əroğul bildirir ki, Z.Balayanın ətraf muhitdə baş verən hadisələrə sağlam əlaqəsini, munasibətini itirməsi gün kimi aydın məsələdir. Ona görə də onun erməni-azərbaycanlı munasibətlərinə aid təsəvvür və təəssüratları yanlış xarakter daşıyır: "Mənasız müdriklik, təfəkküründəki qırıqlıq, uzunculuq, qeyri-obyektiv fikirlərinin coxluğu və sayıqlamalarının qeyri-ixtiyari axını qarşısıalınmaz şəkildə özünü büruzə verir. Məncə o, əqli kütlükdən və özünütənqidin olmamasından əziyyət cəkir. Dava-dalaş salmaq, qüdrətli və böyuk turk millətini kiciltmək, ulu başcılarını təhqir etmək amacıyla öcəşir. Faktlara muraciət edək. O, "Ocaq" kitabının 418-ci səhifəsində yazır: "Qədim və böyük erməni xalqının dilində "Ocaq" qədər fəlsəfi və sosioloji tutumlu bir söz yoxdur". Nəinki rus, ingilis, elə adi erməni məktəblisinə də bəllidir ki, "ocaq" kəlməsi türkdilli xalqlara məxsus köklü sözdur. Əslində Zori Balayanın qadınsayaq şizofreniyası emosional kütlükdə də muşahidə olunur. Zori Balayan türk qonşusuna normal hissiyyatını itirməklə türk millətinin numayəndəsinə soyuqqanlı və biganə munasibət göstərməklə özünü rüsvay edir. Əsir duşmuş Xocalı yeniyetməsinin ayrı-ayrı bədən nahiyyələrindən öz əlləriylə diri-diri dərisini soymasından söz acır. Qatil olmasına haqq qazandırır. Turk qətliamına ruhunun canlanması kimi baxır. Normal psixi proseslərin pozulması onun hərəkət və davranışlarında hər an özünü gostərən, büruzə verən keyfiyyət halıdır. 1988-ci ilin sentyabrında Zori Balayan M.S.Qorbacovla ilk gürüşü barədə yazır ("Arsax: Yaralar və umidlər" məqaləsi): "M.S.Qorbacov Silva Kaputikyandan və məndən soruşdu: "Siz bəs 207 min Bakı ermənilərinin taleyi haqqında düşünürsünüzmü?" Mən suala sualla cavab verdim: "Bakıdakı 207 min erməninin taleyi haqda düşünmək zərurəti niyə yaranmalıdır, biz ki, dövlətik…"
Əslində "gəlmələr, türk kocəriləri" adlandırdığı azərbaycanlılara Z.Balayan zooloji nifrətini gizlədə bilmirdi. "Biz barbarların doğrayıb tökdukləri həmvətənlilərimizi hec vaxt yaddan cıxarmırıq" - deyir. Bununla belə, turk diplomatlarını öldurməyi qarşılarına məqsəd qoymuş erməni millətindən olan gənc oğlanlar - daşnak terrorcuları barədə hərarətlə danışır. Dürüstlükdən, məntiqdən uzaq isterik qadınlara məxsus şizofrenik sayıqlamalarından hec cur əl cəkə bilmir. Qanına, iliyinə işləmiş bu vərdişindən nə vaxtsa əl cəkə biləcəyi də gozlənilən deyil. Z.Balayan sayıqlayır: "...Bizim yerimiz necə də dardı? Rayon mərkəzləri arasından yol əvəzinə şəhər kecir. Bizim yerimiz hec kimdə və hec yerdə olmadığı qədər dardır" ("Ocaq" kitabında sayıqlama) və yaxud 1990-cı il may ayının 15-də "Amerikanın səsi" radiostansiyasına verdiyi musahibəsində cərənləyir: "…Ana yaxşı qidalanmalıdır. Uşaq üçün həmişə təzə sud olmalıdır. Bu isə yoxdur. Bizim kicik ərazimiz əhalini bu məhsullarla təmin etməyə imkan vermir".
Buna ancaq şəxsiyyətin patologiyası, simasızlaşması demək olar. Düşüncəsi ancaq və ancaq torpaq, ərazi qəsbkarlığının üzərində cəmləşən sayıqlamadan rişələnir. Qabıqaltı diqqət pozuntusu ixtiyari və qeyri-ixtiyari şəkildə Z.Balayanın öz məqsədinə nail olması üçün canfəşanlıq edirdi. Gah İrəvana qacıb azərbaycanlıların bölgələr uzrə Ermənistandan qovulmağını təşkil edir, gah da Dağlıq Qarabağda öz adıyla hallanan "Zorik", "Amaras" adlı daşnak terror qruplarının torətdiyi qətliam və təxribatlarda bilavasitə iştirak edirdi. Qarabağın və ətraf rayonların Ermənistana qatılması yollarını acıqlayıb göstərirdi. Hər qarış torpağın qəsb edilməsi uğrunda silah işlətməyin, qan tökməyin vacibliyindən bəhs edirdi.
Zori Balayan deyirdi: "Bir daha ölkədə Qarabağ faciəsinin təkrar olunmaması uçün təcili surətdə SSRİ Ali Sovetinin və Ermənistan SSR Ali Sovetinin himayəsi altında Naxcıvan Muxtar Respublikasında ermənilərin və rusların genosidinin təşkilatcılarını muhakimə etmək lazımdır". Gah da SSRİ Ali Sovetinin yüksək mötəbər kürsüsündən Dağlıq Qarabağda vətəndaş müharibəsinin başlandığını elan edirdi. Utanıb-qızarmadan fikrinə duşən ixtiyari sayıqlamanı dilinə gətirirdi. Cəpərdibi söhbətləri ilə ali tribunadakı cıxışına fərq qoymurdu. Zori Balayan: "Biz 70 ildir haqsızlıq oyununda iştirak edirik. Biz zəbt olunmuş xırdaca adada yaşayırıq".
Ə.Əroğul: "Ruslara da ağız atırdı. Halbuki Zori Balayan və onun kimi duşunən daşnak manqurtları yaxşı bilirdilər ki, SSRİ-də yaşayan butun xalqların, ermənilərdən başqa Rusiyanı, rusları və ya SSRİ-ni gunahlandırmağa haqları var. Cunki bugünədək qazandıqları bütün uğurlara gorə ermənilər ancaq və ancaq ruslara, car və sovet Rusiyasına borcludular. Hələ XIX əsr erməni müəllifi Xacatur Abovyan "Ermənistan yaraları"nın sağalmasının başlanğıcını Zaqafqaziyada rus hakimiyyətinin qurulması ilə bağlayırdı. Daim imperiya siyasəti güdən və yeridən Rusiya son 200 ildə erməniləri Qafqaza küçürüb. Azərbaycan torpaqlarında erməni dövləti yaradıb. SSRİ-də hec bir xalqın həm respublikası, həm də başqa respublikanın ərazisində muxtariyyəti olmadığı halda, Azərbaycan torpaqları hesabına onlara Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıb. SSRİ-də hec bir xalq ermənilər qədər xaricdə yaşayan soydaşları ilə əlaqə saxlaya bilməyib. 1930-cu ildə dünya erməni katolikosluğu yaradılanda və yaxud Azərbaycan SSR-də məscidlər, pirlər ucurulub dağıdılanda, təhqir olunanda ateist sovet kommunist rejiminin himayəsi altında və Stalinin razılığı ilə onun mərkəzi Üçmuəzzin kilsəsi secilib. İndi ermənilərin qışqırtıları elə bir həddə catdırılıb ki, daşnak manqurtlarında ruhi pozuntular onların simasında anlaqsız hal şəklində stabilləşib. Özünə qarşı tənqidin olmaması, hərəkətlərinə nəzarət edə bilməmələri kutləviləşib. Yalan, yanlış, düzgün olmayan, şişirdilmiş məlumatlar vermək, hadisələrin vaxtının, məkanının, tarixinin təhrif edilməsi daşnak manqurtlarının adi davranış normasına cevrilib. Beyinlərdə yalancı yaddaş oyuğu özünə yer edib. Ermənilərdə özünüböyütmə, özünüöymə sayıqlamaları həddini aşıb. Onlar özlərinin həddindən artıq "qədim, boyuk, qeyri-adi istedada malik" bir millətə mənsub olduqlarını aləmə car cəkirlər. Olduqca dövlətli, güclü, bilikli, flaqman, nadir xalq olduqlarını söyləyirlər, güclü isteroit qıcıqlarının təsiri altından cıxa bilmirlər". İxtisasca arxitektor olan daşnak manqurtu Mkrtıcyan yazır ki, guya Azıx mağarasında olub və orada daş heykəllər (olmayan şey) görüb. Yazısına daha bir uydurma fikir də əlavə edir ki, guya "Azıx" erməni sözü olub, mənası "üzüm" deməkdir. Daha bir eyforiyadan dəm qılır: "Ermənilər Avropa xristian arxitekturasının əsasını qoyublar".
Ə.Əroğul: "Daşnak manqurt yazıcı Marietta Şaginyanın iddiasınca, "ermənilər xristian sivilizasiyasının varisləri"dir. O, hələ 1946-cı ildə Cənubi Qafqaz səfərindən sonra riqqətə gələrək yol qeydlərində işarəylə, daşnak sayıqlaması ilə gül vururdu ki, Xankəndinin adının dəyişdirilib Stepanakert qoyulması, burada yaradılan ideal şərait hələ azdır, kifayət deyil, fursət düşən kimi Zəngəzuradək əraziləri ələ kecirmək, Ermənistanla birləşdirmək gərəkdir. Daşnak manqurtu Emma Xanzadyan isə 1967-ci ildə İrəvanda cap etdirdiyi "Dağlıq Ermənistanın mədəniyyəti" kitabında gostərirdi ki, Ermənistanın ərazisi eramızdan əvvəl 3-cu minillikdə 300 min km2 olub. Umumiyyətlə, sayıqlama daşnak manqurtlarında irsi xəstəlik halına kecir. Emma ilə razılaşmayan, onun şişirtməsindən urəklərini soyuda bilməyən digər daşnak manqurtları, coğrafiyaşunas alimlər - Qriqor Avakyan və Andronik Bağdasaryan "Ermənistan SSR coğrafiyası" dərsliyində Ermənistan ərazisinin 300 min deyil, 400 min km2 olduğunu yazırlar. Daşnak manqurtu Bakur Karapetyan isə 1985-ci ildə İrəvanda nəşr olunan "Sovetakan qrakametyun" jurnalının 9-cu sayındakı "Raffinin izi ilə" məqaləsində başından yekə qələtlər qırır. Azərbaycanlıları "qəsbkar türk", "qaracı tayfa" adlandırır. (Qəsbkar hara, qaracı hara?) Muğan düzü guya Muxan adlı bir erməniyə məxsus olub. Guya Kəlbəcərin əsl adı Karvacardır, erməni dilində "daşsatan" deməkdir, yazır. Onun sayıqlamasına görə, guya Ermənistanın sərhədi Azərbaycanla Gürcüstan sərhədində Kürün hər iki tayını birləşdirən Qırmızı körpüdən başlayaraq Kürün qərb sahili boyunca Arazla qovuşduğu Sabirabada qədər enir. Oradan isə Araz boyunca indiki Ermənistana qədər qalxır və elan edir ki, butun bu yerlər Ermənistanındır. Bilmədiyi "bildiklərini" şuur altına atan və şuurla idarə olunmayan bu cızmaqaracı fikirləri ilə birgə şuurun qaranlıq, dərin qatına yuvarlanır. Bu qaranlıq cəhənnəm, isteriya dunyasında ayıb, pis, ağrılı və cılız hisslərlə, istəklərlə baş-başa qalır".
B.Karapetyan kimi sarsaqların boy sırasını eninə-boyuna artırmaq olar. Təqib sayıqlaması daşnak manqurtlarında özünü ən qabarıq və acıq-aşkar şəkildə göstərən özünəməxsus daşnak isteriyasıdır. Təqib sferasına salınan erməni cəmiyyətində türk düşmənciliyi elə bir həddə catdırılıb ki, guya bu düşməncilik erməni xalqının, erməni millətinin birliyi deməkdir. İxtiyarı erməni elementi tərəfindən (daşnak manqurtu olmadan belə) qavranılan, suni yaradılan türk duşmənciliyi və ya uydurma "erməni soyqırımı" ona sanki məcburi, iradəsindən asılı olmadan təlqin olunan hadisədir".

Uğur