İranın Daxili İşlər naziri Qəndil dağında Güney Azərbaycan

İranın Daxili İşlər naziri Qəndil dağında

İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli dünən öz instagram səhifəsində qəribə foto paylaşıb. Şəkildə nazirin İranla İraq sərhəddində yerləşən Qəndil dağına ziyarəti əks olunub. Qeyd edək ki, bu dağ PKK yuvası kimi tanınır və son zamanlar Türkiyə tərəfindən bombardıman olunur. Görünür, İranın Daxili İşlər naziri bu fotonu paylaşmaqla dağa tam nəzarət etdikləri mesajını verib. Şəkildə nazirlə bərabər İranın Qərbi Azərbaycan valisi də mülki paltarda görüntülənib. Onlarla yanaşı bir kürd xalqına məxsus paltar geyinmiş bir nəfər də var. Bəlkə də bunun anlamı İranın kürd bölücülərinin arxasında durduqları mesajını verməkdir. Türkiyənin son zamanlar Qəndil dağında keçirdiyi əməliyyatlara İranın və İraqın reaksiyalari sərt olmuşdur. Rəsmi Bağdadın Tehranla yaxın əlaqələrinə nəzər salsaq, nazirin paylaşdığı bu şəkil çox anlamlı görünür.