“Urmu gölü yenə unudulub...!” Güney Azərbaycan

“Urmu gölü yenə unudulub...!”

Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Urmu gölü böhranına toxunaraq səlahiyyətli orqanları kəskin tənqid edib. Məhəmməd İsmail Səidi parlament iclasında prezidentə xitabən bildirib ki, Urmu gölü yenidən unudulub və onun vəziyyəti ilə maraqlanan yoxdur." Səlahiyyətli orqanların Urmu gölünə olan laqeyd münasibətini sərt tənqid edən millət vəkili vurğulayıb ki, "əhali bu məsələyə olduqca həssas yanaşır, ona görə də Urmu gölünə ciddi şəkildə diqqət yetirilməlidir." Parlamentin ictimai komisyonun üzvü prezident və "turizm, əl işləri və mədəni irslər təşkilatı"nın rəisindən böyük şəhərlərin girişində əl işləri sərgisinin açılması və xalçaçılıq sənətinin dirçəldilməsini istəyib.
Xatırladaq ki, Urmu gölünün canlandırılması məsələsi İran prezidenti Həsən Ruhaninin təbliğat-təşviqat dönəmi Azərbaycan əhalisinə verdiyi vədlərdən biri olub. Lakin bu günə qədər gölün canlandırılması ilə bağlı ən kiçik addım atılmayıb. Bu istiqamətdə hətta hansı layihənin həyata keçirilməli olduğu da müəyyənləşdirilməyib.