İranda 12 nəfər edam edilib Güney Azərbaycan

İranda 12 nəfər edam edilib

APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adam öldürməkdə günahlandırılırlar.
Belə ki, İranın Sistan və Bəluçistan vilayətində 2 məhbus edam edilib. Bunlar iki il əvvəl həbs edilmiş və barələrində ölüm hökmü çıxarılmış Zahir Mirbəluç və Nasir Bərahuyidir.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 17-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib.
Ancaq bununla bağlı ölkənin rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları bu barədə xəbər yaymayıb.
Bundan əlavə, İranın Kirman vilayətində də 10 nəfər edam edilib. Məhbusların hamısının ölkənin cənub-şərqində narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri olduğu bildirilir. Ancaq onların ad və soyadları və nə vaxt dara çəkildikləri açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Kirman şəhərinin mərkəzi həbsxanasında icra edilib.
İranda gizli edamlarının sayının gündən-günə artması insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatları ciddi narahat edir.