Reyhanə Cəbbari edam edildi! Güney Azərbaycan

Reyhanə Cəbbari edam edildi!

Uzun müddətdir Medianın gündəmində olan Reyhanə Cəbbari molla rejimi tərəfindən edam edildi.
O bu gün oktyabrın 25-i (abanın 3-ü) səhər vaxtı Kərəcin Rəcayişəhr zindanına edam edilib. Bu barədə Tehran prokurorluğu yaydığı açıqlamada məlumat verib.
R.Cəbbari bir neçə il öncə (hicri-şəmsi təqvimi ilə 1386-cı ildə) Murtaza Əbduləli Sərbəndi adlı bir kişini qətlə yetirməkdə ittiham edilib. Qətl hadisəsi baş verəndə R.Cəbbarinin 19 yaşı olub. Cəbbari bildirib ki, qətlə yetirilən şəxs ona cinsi təcavüz etmək istəyib və məhz bu səbəbdən özünü müdafiə etmək məqsədi ilə onu öldürüb, lakin məhkəmə bu iddianı rədd edib.
Xatırladaq ki, bir çox beynəlxalq təşkilat və İranda insan haqları fəalları xanım Cəbbarinin edam hökmünün icrasını, dosyenin tam şəffaf ediləcəyinə qədər dayandırılmasını istəmişdir, lakin məhkəmə bu çağırışlara məhəl qoymayıb.