Tehranın azadlıq kabusu bağlanır Güney Azərbaycan

Tehranın azadlıq kabusu bağlanır

Tehranın məşhur Evin həbsxanası parka çevrilə bilər. Şəhər meri bildirib ki, ədliyyənin müvafiq icazəsindən sonra paytaxtda qorxulu hekayətləri ilə ad çıxarmış Evin həbsxanasının yerində ictimai park salınacaq.
Axar.az-ın məlumatına görə, mer Məhəmməd Baqer Qalibaf deyib ki, Ədliyyə naziri Sadeq Laricani bu parkın salınması üçün hətta maliyyə dəstəyi də vəd edib. Tehranın şimalında 43 hektarlıq ərazini tutan bu həbsxanada əsasən siyasi məhbuslar saxlanılır. İnsan haqları fəalları Evin həbsxanasında məhbuslara qarşı müxtəlif qanunsuzluqların sistematik hal aldığını bildirirlər. Ötən il siyasi məhbuslar, jurnalistlər, alimlər və ziyalılar saxlanan sektorda nəzarətçilərin dustaqları döymələri ilə bağlı İranın penitensiar xidmətinin rəhbəri vəzifəsindən kənar edilmişdi.