Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
25 İyun 2019 12:33
8 029
Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın “Barselona” klubu ilə şifahi razılıq əldə edib.
Sport.es saytının verdiyi məlumata görə, tərəflər 5 illik müqavilə ilə bağlı ortaq məxrəcə gəliblər. Bildirilir ki, 27 yaşlı forvard sabiq komandasına dönüşü üçün heç bir tələb irəli sürməyib və Kataloniya klubunun təklif etdiyi şərtləri qəbul edib.
Hazırda illik maaşı 36,8 milyon avro təşkil edən Neymar 24 milyon avroya razı olub.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.
15 May 14:19
1 526
15 May 10:58
1 463
15 May 10:58
1 421