Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
24 Dekabr 2019 13:01
10 430
Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək.
Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, fevralın 15-16-da baş tutacaq turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Yarışlara ilkin qeydiyyat siyahısına əsasən artıq 27 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 238 gimnastın mübarizə aparacağı gözlənilir.
Turnirdə iştirak edəcək gimnastların adları yanvarda bəlli olacaq.
İki gün davam edəcək yarışların ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku yarışları da Olimpiadaya təsnifat xarakteri daşıyıb. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. 2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.
15 May 14:19
1 764
15 May 10:58
1 687
15 May 10:58
1 645