Ermənistanın daha bir pilotsuz uçan aparatı məhv edildi Dünya

Ermənistanın daha bir pilotsuz uçan aparatı məhv edildi

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı sıradan çıxarılıb.
Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib
Xatırladaq ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilmişdi.