İranla razılaşma ABŞ-ı qarışdırıb Dünya

İranla razılaşma ABŞ-ı qarışdırıb

Nyu-Yorkda mitinq keçirilib

Cavid

Nyu-Yorkda minlərlə əhali İranın nüvə proqramına dair İranla "altılıq" arasında əldə oldunan razılaşmanın bloklanmasını tələb edir. Associated Press xəbər verir ki, mitinq "İranı dayandırmaq" (Stop İran Rally) adlanır. Mitin q təşkilatçılarının fikrincə, Vaşinqton sazişin köməkliyi ilə İrana nüvə bombası əldə etmək imkanı verməyə və terroru bütün dünyada yaymağa hazırlaşır.
Qeyd edək ki, iyulun 14-də Vyanada İranla "altılıq" arasında nüvə proqramına dair razılıq əldə olunub. Razılaşma İrana nüvə silahı yaratmaq imkanı verəcək. Eyni zamanda İrana qarşı bir sıra sanksiyaların ləğv olunmasına səbəb olacaq. İyulun 20-dən etibarən 60 gün müddətində ABŞ razılaşmaya münasibət bildirə bilər. ABŞ prezidentinin razılaşmaya veto qoymaq hüququ var.
"İnanırıq ki, İranla əldə olunan razılaşma bu ölkənin nüvə silahı əldə etməsinə mane olacaq və regionda tərəfdaşlarımız üçün daha təhlükəsiz mühit yaratmış olacaq". Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Vyana razılaşması ilə əlaqədar belə bir açıqlama verib. Kerri qeyd edib ki, razılaşma nəinki regionda, eyni zamanda, bütün dünyada daha təhlükəsiz həyat deməkdir.
Kerri Konqresin Nümayəndələr palatası ilə görüşdən öncə belə deyib.
"Bu günü gözləyirdik. Çünki biz razılaşmanın mahiyyəti barədə danışmalı, siyasətdən faktlara keçməliyik. Ona görə, Nümayəndələr Palatasının istənilən sualına cavab verməyə hazırıq". Nümayəndələr Palatası bir müddət əvvəl Vyanada əldə olunan razılaşmanı qəbul etmədiyini bildirir. Spiker Con Beyner razılaşmanın icra olunmaması üçün Konqresin əlindən gələni edəcəyini bildirib. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama isə Nümayəndələr Palatasının razılaşmaya mane olan istənilən qanun layihəsinə qarşı veto qoyacağını açıqlamışdı.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə razılaşmadan sonra vətəninə qayıdarkən açıqlama verib və bu razılaşmanın uğurlu olacağına inandığını deyib. "Elm və texnologiya sayəsində inkişaf etdirdiyimiz ən təkmil vasitələrin və alimlərimizin köməyi ilə, eləcə də ən yaxşı dünya texnologiyalarını tətbiq etməklə, kommersiyalaşdırılmış uran zənginləşdirmə sahəsində irəli gedəcəyik. Eyni zamanda, xalqımıza qarşı təzyiqedici sanksiyalar aradan qaldırılacaq".
Onu da qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu da hiddətləndirmişdi. İsrail rəsmisi bunu "tarixi səhv" adlandırıb.