Ukrayna hakimiyyətinin məsuliyyəti Dünya

Ukrayna hakimiyyətinin məsuliyyəti

Konfliktə görə radikal sağçılar daha az məsuliyyət daşıyır

Donbasın avtonomluğu ilə bağlı yaranan sual, zəif koalisiyanı dağıtdı, lakin hakimiyyət nümayəndələri yarımçıq təşkilatlanmış hərbi qüvvələri günahlandırmaq əvəzinə, vəziyyətdən çıxış yolu axtarmalıdır.
Keçən həftə Kievin parlament binasında konstitutsiyadakı dəyişikliklər əleyhinə etirazlar zamanı ciddi qarşıdurmalar olub. Dəyişikliklər nəticəsində Ukraynadı separatçı qüvvələr daha çox imtiyazlara sahib olacaqdılar.
"The Guardian" (Böyük Britaniya) yazır ki, prezident Poroşenko, Donetsk və Luqansk vilayətlərində bir sıra yerli idarəetmə orqanlarına müəyyən sərbəstlik verməyi təklif edirdi ki, bu da Ukraynanın qərbində hakimiyyət nəzarətinin zəifləməsi ilə nəticələnəcəkdi.
Bu təklifləri ABŞ və Aİ – da dəstəkləyib. Minsk razılaşmasına əsasən belə bir addımın atılması Ukraynanın qərbindəki rusiyameyilli qüvvələrin zəifləməsi və konfliktin bir növ həll olunması ilə nəticələnə bilər.
Lakin bu Konstitutsion dəyişikliklərin Minsk razılaşması ilə heç bir əlaqəsi yoxdur. Poroşenkonun təklifi nə Kreml nə də separatçılar tərəfindən dəstəklənmişdi. Əslində bu separatçı ərazilərdə yerli idarəetmə orqanlarına "Xüsusi bir status" vermir. Donbas ərazisində hər hansı anoloji dəyişiklilərə nail olmaq üçün, Parlamentdə adi səsvermə də kifayət edir.
Bundan başqa mərkəzdən uzaqlaşma prosesi əslində Ukrayna hakimiyyətində yerli idarəetmə qüvvələri üzərində əlavə hakimiyyət verir və onların idarəetmə prosesini yüngülləşdirir.
Radikal sağçı partiyası "Svoboda" , "Sağ Sektor" və digərləri, hansılar ki, hazırki idarəetmə koalisiyasına daxildirlər, bu addımı tənqid edərək, onu Rusiyaya təslim olmaq kimi dəyərləndiriblər. Nəticədə baş vermiş qarşıdurma ciddi xarakter alıb. Hətta sağçılar tərəfindən Polis qüvvələrinə qarşı silahlı hücum da olub.
Rəsmi məlumata görə, silahlı hücum zamanı Polis işçilərindən 130-u yaralanıb 3-ü isə dünyasını dəyişib.
Hadisəni "Svoboda" partiyasının dəstəyi ilə yaradılan "Siç" batalyonunun törətdiyi güman edilir. Qeyd edək ki, bu batalyon Ukraynanın qərbində Rusiya tərəfindən dəstəklənən separatçılarla qarşıdurma zamanı xüsusi ilə seçilib.
Lakin Poroşenko hadisədən sonra "Skay Neyusa" verdiyi açılamada günahı Rusiyanın üzərinə atıb. Sağçı qüvvələr tərəfindən baş verdiyi təsdiqlənən hadisədə prezident rəsmi Moskvanı günahlandıraraq, Rusiyanın Ukraynadakı siyasətini pisləyib.
Müharibəni yaxınlaşdırarkən
Hökumətyönlü qruplar və liberal Ukrayna icması isə bu hadisələrdə "Svbodanı" günahlandırıb. Hadisədən sonra "Svoboda" partiyası rəsmi olaraq məlumat verib ki, baş verən hadisə əvvəlcədən planlaşdırılmışdı. Əsas məqsəd isə "vətənpərvərlər"i nüfüzdan salmaq olub.
Sol partiyaların bir sıra nümayəndələri isə, Liberallara "Biz sizi xəbərdar etmişdik" deməkdən çəkinməyiblər. Bununla onlar Sağçılarla əməkdaşlıq nəticəsində baş verə biləcək neqativ halların riskini əvvəlcədən gördüklərini bildirmək istəyiblər.
Lakin bütün faciəvi hadisələrdə olduğu kimi, bu dəfə də emosiyaları saxlaya bilməmək bacarığı mənfi nəticələr verdi. Əl qumbarasının polis qruplaşmasının ortasına atılması və baş verən fəsadları Ukraynada qeydə alınmış ən dəhşətli faciə kimi qələmə vermək olmaz. Son zamanlar Ukrayna bu baxımdan daha böyük faciələrə şahid olub. Bu baxımdan Donbass hadisələri daha çox qabarır.
Lakin müharibə zamanı belə şeylər qəbul ediləndir. Xüsusən də evdən, Kiyevdən uzaqda olanda. Lakin hakimiyyət tərəfindəmn aldadıldıqlarını hesab edən veteranların geri qayıtması zamanı, müharibədə yeni mərhələ başlayır.
Bu gün baş verənlərdə, Ukraynanın silahlı qrupları və Sağçı qüvvələrdən daha çox məsuliyyəti Ukrayna höküməti daşıyır. Yeni repressiya, senzura və ayrı-seçkilik tədbirlərinə görə də məsuliyyəti məhz hakimiyyətin üzərinə düşür.
Qeyd etmək lazımdır ki, "Svoboda" eləcə də "Sağ Sektor"un 2013-cü ildə baş vermiş Maydan hadisələrində az xidmətləri olmayıb. Bunun nəticəsində onlar öz imkanlarını artıraraq şəxsi silahlı qüvvələr yaradıbalr. Lakin onlar hələ də geniş ictimaiyyətin dəstəyini ala bilməyiblər.
Bu gün onlar sadəcə hadisələrə münasibət bildirməklə məşğuldurlar. Onlar heç bir yeniliklə çıxış etmirlər. Son baş vermiş, hadisədə də, "Svoboda"nın əsas məqsədi seçki qabağı kimlərisə "dövlətə xəyanət"də günahlandıraraq reytinq qazanmaq idi. Çətin ki, onlar silahlı basqın edə bilsinlər. Hadisə sadəcə öz üzvlərinə diqqət edə bilməməyin nəticəsində baş verdi.
Hakimiyyətin isə bu hadisədən yararlanaraq "Svoboda"nı mübarizədən kənarlaşdırmaqla bağlı planlarının hansı mərhələdə olması haqda məlumat verilmir. Lakin onların "xeyirsiz siyasətçilər" olması ilə bağlı açıqlama verilib.
Bu hadisədən sonra belə bir sual yaranır, görəsən hakimiyyətin, günü gündən silahlı qruplaşmalar baxımından gücü artan sağçıları dayandıra bilmək üçün yetərli qüvvəsi varmı?
Yaxın keçmişdə, Ukraynanın qərbindəki Mukaçevo şəhərində Sağçı qüvvələr və Yerli idarəetmə qüvvələri arasındakı münaqişə zamanı 7 nəfər dünyasını dəyişmişdi. Hələ bu hadisədən sonra Sağçı qüvvələrin ölkə suverenliyi üçün təhlükə olacağı bildirilirdi. Bu hadisələrdə hakimiyyətin hansı tədbirlər görəcəyi də diqqətlə gözlənilir.
Eyni zamanda hakimiyyət günahkar axtardığı bir vaxtda, koalisiya dağılmaq üzrədir. Milliyətçi Radikal Partiyası, desentralizasiya haqqında qanunun qəbul olunması səbəindən artıq sıraları tərk edib.
Bundan başqa Konstitutsiyadakı dəyişikliklərin qəbul olunması üçün səsvermə zamanı, Yanukoviçin "Regionlar partiya"sının xələfi sayılan "Müxalifət bloku"nun dəstəyi olmadığına görə, dəyişikliklər mümkünsüz olub. Bu amil Sağçılara dövlət üzərində təzyiqi daha da artırmaq üçün əlavə dəlillər verib.
Nəticədə Ukrayna siyasətində qorxulu vəziyyət yarana bilər. Hardakı Sağçı qüvvələrin əsas alternativi Radikal Sağçılar və Ultramillətçi müxalifət olacaq.