Şengen zonası dağılır... Dünya

Şengen zonası dağılır...

Avropa xarici sərhədlərini nəzarətdə saxlaya bilmir

Cavid

Şengen zonası miqrant axınına görə deyil, məhz Avropa Birliyinin bu axını nəzarət altında saxlaya bilmədiyindən dağılır. O buna artıq çoxdan bəri müvəffəq ola bilmirdi, imiqrantlar illərdir Yunanıstan və ya İtaliya ərazisindən bu zonaya daxil olurdular, lakin buna baxmayaraq heç bir tədbir görülməmişdir. Şengen dağılır, cünki AB öz xarici sərhədlərini nəzarətdə saxlamağı, yəni əsas öhdəliklərini yerinə yetirməyi bacarmır və buna görə də daxili sərhədlər geri qaytarılır.
Şengen sistemi, yəni insanların Avropa birliyi çərçivəsində sərbəst hərəkət etməsi avropa azadlıqlarının təməlini təşkil edirdi. Hazırda Almaniya, İsveç, Fransa və digər ölkələr sərhədlərini bağlayır.
"wPolityce" yazır ki, şengen zonası miqrant axınına görə deyil, məhz Avropa Birliyinin bu axını nəzarət altında saxlaya bilmədiyindən dağılır. O buna artıq çoxdan bəri müvəffəq ola bilmirdi, imiqrantlar illərdir Yunanıstan və ya İtaliya ərazisindən bu zonaya daxil olurdular, lakin bu axının qarşısının alınması istiqamətində heç bir addım atılmırdı. Şengen dağılır, cünki AB öz xarici sərhədlərini nəzarətdə saxlamağı, yəni əsas öhdəliklərini yerinə yetirməyi bacarmır və buna görə də daxili sərhədlər geri qaytarılır.
Bunun səbəblərinə dair mübahisə etmək olar, lakin iki variant əsas olaraq göstərilir. Birincisi başlıqda qeyd edilən, Avropa Birliyinin fəaliyyətini daha dəqiq əks etdirən axmaqlıq. Bugün bu axmaqlıq Fransanı "İslam Dövləti" ilə müharibə vəziyyətində olduğuna dair bəyanatlarına görə tənqid edən Avropa parlamentinin sədri tərəfindən bariz şəkildə nümayiş olundu. Martin Şulz qeyd etdiyi kimi, əgər rəsmi olaraq İslam dövləti yoxdursa, deməli onunla müharibə vəziyyətində olmaq da mümkün deyil.
Əgər hər hansı bir solçu onun ideologiyasının axmaqlıq adlandırıldığına görə inciyirsə, ilk öncə Şulzu kənarlaşdırmalıdır. Angela Merkelin istənilən sayda qaçqının qəbul edilməsinə dair səsləndirdiyi çağırış axmaqlıqdan başqa nəyi bildirirdi? Daha çox misal çəkməyin mənası yoxdur, onsuz da aydındır ki, avropanın solçu axmaqlığı miqrasiya krizisinin günahkarları arasında öz fəxri yerini tutur.
İstisna olunmayan ikinci mümkün səbəb olaraq nazir Vitold Vaszczykovskinin adlandırdığı "dərrakəsiz solçuların" məqsədyönlü hərəkətləri göstərilir. Bu fərziyyəni kənara atmaq olmaz, çunki bu bizim təcrübəmizdən irəli gəlir. Məhz solçular Avropaya multikulturalizmi aşıladı, məhz onlar hər zaman hər kəsdən yüksək səslə milli dövlətlərə qarşı çıxış edirdilər, onlar üçün müqəddəs heç nə yox idi, çünki xristianlığın və ailənin məhv edilməsi xalqın məhv edilməsi yönündə zəruri şərtdir. Onlar İslamın bu "işdə" əla müttəfiq ola biləcəyi qərarını qəbul edərkən çox tərəddüd edirdilər .
Bu hücum Rusiyanın da lehinə oldu, çunki Qərb stabillyini itirərək, bəzi güzəştlərə getmək məcburiyyətində olacaq, məsələn, sanksiyalarda. Digər tərəfdən isə "İslam dövlətinə" qarşı müharibə Moskvanın qərb ölkələrinin müttəfiqi kimi qlobal oyuna geri dönməsi üçün mükəmməl fürsətdir.
Kürdlərlə hesablaşmaq, o cümlədən Ankaranın qılığına girməyə çalışan AB-ni bəzi güzəştlərə getməyə məcbur etmək üçün əsaslı səbəbləri olan Türkiyə də məsələyə öz qatqısını verdi.
Parisdə törədilən terror aktı insan faciəsinin tam miqyası ilə və solçuların hesablamalarına baxmayaraq islam terrorizminin öz fəaliyyətində qaçqınlardan istifadə etdiyini göstərdi. Bunun sübutları var və islamçıların bu insan axınından mənfəət güdməməkləri bir qədər təəccüblü olardı. Təəssüf ki, Avropa Birliyinin bu fəaliyyətə qarşı hazırda gərəkən müqaviməti göstərə bilməməsinə dair də sübutlar var. Avropalı bürokratların bəyanatlarına baxmayaraq, bu o qədər də çətin deyil.
Əfsuslar olsun ki, AB o qədər bürokratlaşıb ki, artıq öz gerbinin üzərində ilbiz çəkə bilər. Yalnız müəyyən sammitlər təşkil olunur, bu sammitlərdə hər kəs AB-in xarici sərhədlərinin nəzarətdə saxlanılmasını iddia edir, daha sonra isə həmin kəslər evlərinə vəzifə borclarını yerinə yetirmiş hissi ilə geri qayıdır. İmiqrantlar isə necə ki əvvəl minlərlə sərhədi keçməyi bacarırdı, indi də bunu etməyə davam edir. Bütün bunlar o qədər qəribə görünür ki, öncə də qeyd etdiyim kimi, məqsədyönlü ziyankarlıq və ya hədsiz axmaqlıq təəsüratı yaranır.
Gəlin özümüzü aldatmayaq: AB xarici sərhədlərdə nəzarəti geri qaytarmağa müvəffəq deyil. O bu sərhədlərdən kənarda imiqrantlar üçün qəbul mərkəzi yaratmaq, "İslam dövlətini" məhv etmək, islam terrorizmini dayandırmaq gücünə malik deyil və bundan irəli gələrək, öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadir deyil. AB terrorizmə qarşı effektiv zərbə vurmağa müvəffəq olanadək "İslam dövləti" Avropada yüz terror aktı törədəcək, çox güman Polşada da, sadəcə olaraq, solçuların illuziyaları ilə hesablaşmayaraq, sərhəddə nəzarəti təşkil edərək və islam qaçqınlarına girişə icazə verməyərək müəyyən nəticə əldə etmək olar. Bu kiçik də olsa terrordan siğortalanmaq şansını əldə etmək üçün Polşanın göstərə biləcəyi və ya göstərməli olduğu minimum təşəbbüsdur. Başqa çıxış yolu yoxdur. Əgər biz Şulzu, Yunkeri yaxud Merkeli dinləsək, o zaman fransızların aqibəti bizi də gözləyəcək.