Avropa Birliyi Ərdoğana baş əydi Dünya

Avropa Birliyi Ərdoğana baş əydi

İngiltərənin "Financial Times" qəzeti miqrant böhranı ilə bağlı çarə axtaran Avropa Birliyinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana baş əydiyini yazıb. "Financial Times"ın Brüssel müxbiri Aleks Barkerin qələmə aldığı yazıda Avropanın Türkiyə ilə bağlı qərəzli mövqeyini bir kənara qoyduğunu bildirib: "Avropa Birliyi Türkiyəyə qarşı media istiqamətində tətbiq etdiyi məhdudiyyəti və separatçı kürdlərə qarşı aparılan mübarizəyə qayğılı mövqedən yanaşmağı bir kənara qoyub".
Yazıçı bildirib ki, Avropanı öz mövqeyini dəyişməyə miqrant böhranı vadar edib. Onun sözlərinə görə qaçqın böhranı hər şeyin əvvəlinə keçib.
Müxbir prezident Ərdoğanın bir ay əvvəl Angela Merkellə bağlı səsləndirdiyi çıxışdan da sitat gətirib: "Kimsə ortada qaçqınların qəbulu ilə bağlı danışır. 30-40 min miqrant qəbul edəcəklərini deyir. Nobelə namizəd göstərilir. Lakin bizdə 2.5 milyon qaçqın olduğu halda heç kəsin vecinə də deyil".
Müxbir miqrant böhranı ilə bağlı çarəsiz qalan Avropa Birliyini Türkiyə ilə qarşı-qarşıya qoyaraq tərəfləri müqayisə edib.
Bəzi yüksək rütbəli Avropa Birliyi rəsmilərinin Avropaya keçən 900 min qaçqının arxasında Ərdoğanın olduğundan şübhələndiklərinin qeyd edən Barker bununla bağlı maraqlı bir fakt göstərib: "Doğru və ya yalan olduğunu bilmək olmaz amma bir diplomat zarafatla qarışıq: "Bizi sadəcə Tanrının özü və Ərdoğan rahatlata bilər" – dedi".