12 PKK üzvü zərərsizləşdirilib Dünya

12 PKK üzvü zərərsizləşdirilib

Türkiyədə keçirilən antiterror əməliyyatları zamanı Kandil bölgəsindən bu ölkəyə keçmək istəyən 12 PKK üzvü zərərsizləşdirilib.
Məhv edilən terrorçuların PKK-da önəmli şəxs olduğu ortaya çıxıb. Hərbi mənbələrdən əldə edilən məlumata əsasən öldürülən terrorçulardan biri mina üzrə xüsusi mütəxəssis, uzaqdan idarə edilən bombaların hazırlanmasında əsas şəxs hesab edilən və kod adı "Nuda" olan terrorçudur.
O, 3 il Kobanidə PYD-YPG üçün işləyib. Lakin Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyatlardan sonra Kandilə qayıdıb. Xüsusi təlimatlar alan terrorçu İdil vilayətinə keçmək istəyərkən türk hərbiçilər tərəfindən məhv edilib.
Öldürülən digər şəxs isə "Jiyan" kod adlı qadın terrorçudur. Onun snayper ustası olduğu deyilir. İki il YPG-PYD sıralarında olan terrorçu qadın PKK-ya qarşı keçirilən əməliyyatlardan sonra Kandilə gəlib. Onun əsas vəzifəsi qadın terrorçulara snayperdən daha sərrast atəş dərsi keçmək olub.
"Sipan" kod adlı PKK üzvü isə "M-16" silahı ilə birlikdə zərərsizləşdirilib. Bölgədəki əsgər qaynaqlarından əldə edilən xəbərə görə, "Sipan"ın PKK-nın İdil üzrə cavabdeh terrorçusunun köməkçisi olduğu deyilir.
O, bölgəyə cavabdeh olaraq göndərilən "Ferhat" kod adlı PKK-çı ilə birgə öldürülüb.