Rusiya Suriyanı federasiyaya çevirir Dünya

Rusiya Suriyanı federasiyaya çevirir

Suriya konfliktinin əsas iştirakçısı olan ölkələr Suriyada federativ idarəetmənin tətbiq olunması imkanlarını öyrənirlər.
Bu informasiyanı "Röyter" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Artıq bununla bağlı plan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturaya təqdim edilib. Rusiya və bir neçə Qərb dövləti də bu planı dəstəkləyib:
"Suriyanın ərazi bütövlüyünü qorumaq məqsədilə federasiya yaradıla bilər. Əgər bu plan tətbiq edilərsə, o zaman Suriyada geniş muxtariyyətə malik olan bölgələr nisbətən zəif mərkəzin hakimiyyəti altında birləşəcəklər".
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildən bu yana davam edir. Ölkənin federasiyaya çevrilməsi ideyası bundan öncə dəfələrlə səslənsə də, Prezident Bəşər Əsəd bunu dəstəkləmədiyini bəyan edib. Əsədin ən böyük düşməni olan Türkiyə də öz sərhədləri yaxınlığında kürd muxtariyyətinin yaradılmasından ehtiyat edərək, bu ideyaya qarşı çıxıb.