Panama sənədləri dünyanı qarışdırdı Dünya

Panama sənədləri dünyanı qarışdırdı

Peskov: "Panama sənədlərini sızdıranları məhkəməyə vermək mənasızdır"

Cavid

Dünyanın ən məxfi şirkətlərindən biri olan Panama hüquq firması Mossack Fonseca-dan 11 milyon sənəd mediaya sızıb. "The panamapapers" adını almış sənədlər Mossack Fonseca-nın öz müştərilərinə çirkli pulları yumaqda, sanksiyalardan yan keçməkdə və vergidən yayınmaqda necə kömək göstərdiyini nümayiş etdirib. Bu məlumatların arasında öz ölkələrini talan edən diktatorlar da daxil 72 hazırkı və keçmiş dövlət başçısı ilə bağlı informasiyalar var.
Bu sənədlər Almaniyanın Suddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistikası Konsorsiumu (International Consortium of Investigative Journalists) ilə paylaşılıb. BBC Panorama və "The Guardian" qəzeti bu sənədləri dünya boyunca 78 ölkədə araşdıran 107 media təşkilatının sırasındadır. BBC sənədləri vermiş mənbənuin kimliyi barədə məlumata malik deyil.
BTJK-nın direktoru Gerard Ryle deyib ki, bu sənədlər Mossack Fonseca-dakı biznesi gündəlik əsasında 40 il ərzində baş verənləri əks etdirir. O deyib: "Düşünürəm ki, bu sızma, sənədlərin böyük həcmi nəzərə alınarsa, çox güman ofşor dünyası üçün indiyədək aldığı ən ağır zərbə olacaq". Bu sənədlərin arasında Misirdə Hüsnü Mübarəkin, Liviyada Müəmmər Qəddafi və Suriyada Bəşər əl-Əsədin ailə və yaxınlarına bağlı ofşor şirkətləri barədə məlumatlar var. Bu hesabat Rusiyanın sanksiya altında olan bankı tərəfindən və prezident Putinə bağlı şəxslərin iştirakilə həyata keçirildiyi güman edilən bir milyard dollarlıq çirkli pulların yuyulması zəncirini aşkar edib. Hesabat həmçinin İslandiyanın baş naziri Sigmundur Gunnlaugssonun öz ölkəsinin borcu silinmiş banklarında bəyan edilməmiş maraqlarının olduğunu göstərib.
Mossack Fonseca firması pul sahiblərinin hesablardan pul çıxararkən məxfiliyinin saxlanması məqsədilə müştərilərinə guya 1,8 milyon dolları olan qondarma şəxslər də verib. Mossack Fonseca deyir ki, o qeydiyyata aldığı şirkətlərin vergidən yayınma, çirkli pulların yuyulması, terrorun maliyyələşdirilməsi və ya başqa qanunsuz fəaliyyət məqsədilə istifadə edilmədiyinə əmin olmaq üçün daim beynəlxalq protokollara əməl edir. Şirkət bildirir ki, onun davranışı son dərəcə ölçülü-biçilidir və onun xidmətlərindən hər hansı sui-istifadəyə görə məyusluq duyur. "40 il ərizndə Mossack Fonseca bizim ölkəmizdə və əməliyytalarımız olan başqa yurisdisksiyalarda qüsursuz fəaliyyət göstərib. Firmamız heç bir vaxt heç bir cinayətkar qanun pozuntusu ilə bağlı ittiham və ya mühakimə edilməyib. Biz şübhəli fəaliyyət və ya qanun pozuntusu aşkar etdikdə, dərhal hakimiyyət orqanlarına məruzə edirik. Eynilə əgər hakimiyyət orqanları bizə mümkün qanun pozuntusu dəlilləri ilə müraciət edirsə, biz onlarla tam əməkdaşlıq edirik". Mossack Fonseca bildirir ki, ofşor şirkətləri dünya boyunca mövcuddur və onlardan müxtəlif legitim məqsədlər üçün istifadə edilir.
Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kremldə hesab edirlər ki, Panamanın Mossack Fonseca hüquq şirkətinin sənədlərinin dərcilə bağlı məhkəmə iddialarının irəli sürülməsinə baş qoşmağa dəyməz - bu, mənasızdır. Onun sözlərinə görə, araşdırmada prezident Putinə şəxsən aid edilən və ya nəsə bir yeni məlumat yoxdur. "Bunlar spekulyasiyadan başqa bir şey deyil" - Peskov deyib.
Araşdırmaçı jurnalistlərin Beynəlxalq Konsorsiumunun (ICIJ) materiallarına əsasən, Panamanın Mossack Fonseca şirkəti bəzi hallarda müştərilərinə pulların yuyulmasında, vergilərdən və müxtəlif sanksiyalardan yayınmaqda kömək edib. Şirkətin sənədlərində müxtəlif dövlətlərin bir sıra hazırkı və keçmiş dövlət başçısı, məşhur şirkət və şəxslərin adı hallanıb. Sənədlərdə "Rossiya" bankı ilə bağlı olan şirkətlərin adı çəkilir. Bu səpkidə Rusiya prezidentinin yaxın dostları, o cümlədən, onun köhnə dostu, violonçel ifaçısı Sergey Rolduginlə əlaqəli olan şirkətlərin də adı çəkilib.
Kremldə araşdırmanın nəticələrilə bağlı təəssüfləndiklərini bildiriblər, çünki "daha sanballı nəticələr" gözləyirlərmiş. Dmitri Peskovun qənaətinə görə, materiallarda xeyli sayda adların çəkilməsinə baxmayaraq, araşdırmanın əsas hədəfi Rusiya prezidenti olub. "Xüsusən də, parlament seçkiləri və gələcək perspektiv kontekstdə iki ildən sonra keçiriləcək prezident seçkiılərini nəzərdə tuturam"-, o, əlavə edib.
Peskovun qənaətincə, xaricdə "aşırı putinofobiya" geniş yer alıb və "Rusiyanın Suriyada Palmiranın azad edilməsi kimi uğurlarına kölgə atmaq niyyəti var". Sergey Roldugin indiyədək Vladimir Putinin dostudurmu?- sualına isə Peskovun cavabı belə olub: "Putinin həm Rusiyada və həm xaricdə olduqca çox dostu var".
Bu arada Mossack Fonseca-nın təsisçisi "Panama sənədlərinin" dərcini pisləyib. Panamanın Mossack Fonseca hüquq şirkəti təsis etdiyi şirkətlərin hərəkətlərinə görə cavabdeh deyil, Mossack Fonseca-nın həmtəsisçisi Ramon Fonseca bildirib. Onun qeyd etdiyinə görə, Mossack Fonseca hüquq şirkəti heç bir qeyri-qanuni əməliyyatlarda iştirak etməyib. Ramon Fonseca-nın sözlərinə görə, bu sənədlərin dərci – cinayətdir. "Məxvilik hüququ insanın başlıca hüququdur. Hər bir insanın - olsun kral və ya kasıb - məxvilik hüququ var", Fonseca Frans Press agentliyinə bildirirb. Bundan əvvəl Panama rəsmiləri "Panama sənədlərinin" dərcindən sonra qaldırılacaq işlər üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdilər.