Rusiya prezidenti əmindir Dünya

Rusiya prezidenti əmindir

"QDİƏT PA çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqmətində görülən tədbirlər regionda sülhün, sabitliyin və mehriban qonşuluğun möhkəmlənməsinə yardım edəcək".
Bunu Rusiya prezidenti Vladimir Putin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası 47-ci sessiyasının iştirakçılarına göndərdiyi məktubunda bildirib.
Rusiya dövlət başçısı qeyd edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyət göstərməsi üçün böyük təcrübəsi var: "Bu ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası olduqca vacib rol oynayır. Bu təşkilat Qara dəniz hövzəsi ölkələrinin ali qanunverici orqanları arasında dialoqu təmin edən nüfuzlu beynəlxalq strukturdur. Parlemantarilərin işindən ticarət-iqtisadi və investisiya mübadiləsinin dinamikası, sosial, elmi-texniki və humanitar sahələrdə əlaqələr çox asılıdır".
Qeyd edək ki, Rusiya paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 47-ci sessiyası keçirilir. Rusiyanın sədrliyi ilə keçirilən iclasda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Türkiyədən nümayəndə heyətləri iştirak edir. Gürcüstan və Ukrayna isə iclasda iştirakdan imtina edib.