Rusiya alır, Suriya qoruya bilmir Dünya

Rusiya alır, Suriya qoruya bilmir

Rusiya Palmiranı azad edib Əsədə ona görə peşkəş etmədi ki, Suriya ordusu yenidən şəhəri terrorçulara təslim etsin.
Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi Rusiyanın Hələbin İŞİD-dən təmizlənməsi üçün böyük insani və hərbi resurslar xərclədiyini xatırladıb:
"Şəhəri azad etdikdən sonra isə Rusiyanın televiziya kanalları əsil qələbə sevinci yaşadılar, Qərbə göz dağı verdilər. Rusiya Palmiranı azad edib Əsədə ona görə peşkəş etmədi ki, Suriya ordusu yenidən şəhəri terrorçulara təslim etsin. Bunun qarşısını almaq üçün Rusiya ordusu Palmiranı bombalayır. Bu gün ilk dəfədi ki, Rusiyanın "Rossiya" kanalının ana xəbər proqramında Suriyada savaşan rus xüsusi təyinatlılarını göstərdilər. Ancaq nə faydası? Suriya ordusu şəhəri qoruya bilmir. Bu gün Suriyanın ikinci böyük şəhəri Hələb də Rusiya ordusunun sayəsində azad olunmaq üzrədir. Ancaq təminat varmı ki, Suriya ordusu Palmira kimi Hələbi də yenidən terrorçulara təhvil verməyəcək?"
Qeyd edək ki, ötən gün Suriya hakimiyyəti Palmira üzərində nəzarətin İŞİD-in əlinə keçdiyini təsdiq edib.