Putinin reytinqi açıqlandı Dünya

Putinin reytinqi açıqlandı

Rusların 84%-i Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətindən razıdır.
"Levada Çentr" şirkətinin keçirdiyi sorğuya əsasən, prezidentin fəaliyyətini qəbul etməyənlər əhalinin cəmi 15%-ni təşkil edir. Sorğuda iştirak edən respondentlərin 53%-i Baş nazir Medvedyevə simpatiya bəsləyir, 46% isə Medvedyevin istefasını istəyir. Respondentlərin tam yarısı hələ də hökumətdən razıdır. 49% isə Nazirlər Kabinetinin onların istəklərini qarşılaya bilmədiyini düşünür.
"Levada Çentr" respondentlərdən həmçinin daha çox inandıqları siyasətçinin adını çəkməsini istəyib. Bu dəfə də hazırlanan reytinqdə ilk üçlük dəyişməyib. Ruslar daha çox Prezident Vladimir Putin (56%), Müdafiə naziri Sergey Şoyqu (23%) və Xarici işlər naziri Sergey Lavrova (20%) inanır. Sonrakı yerləri isə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski (13%), baş nazir Dmitri Medvedyev (12%), Kommunist Partiyasının sədri Gennadi Züqanov (9%), Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov (4%), Moskva meri Sergey Sobyanin (4%), Patriarx Kiril (4%), Federasiya Şurasının sədri Valentina Matviyenko (3%) tutur. Qeyd edək ki, Putinin reytinqi 2012-ci ildə pik həddə olub. Bu zaman ölkə əhalisinin 86%-i prezidentin fəaliyyətindən razı olduğunu bildirib.