“2016 –cı il il Rusiya-ABŞ toqquşması ilə xarakterizə olunur” Dünya

“2016 –cı il il Rusiya-ABŞ toqquşması ilə xarakterizə olunur”

"Suriya tənzimlənməsində Rusiya Federasiyası vəziyyətə nəzarəti tam əlinə keçirdi. Rusiya ABŞ-ı sıxışdırıb çıxardı. Hələbin terrorçulardan azad olması tənzimlənmədə yeni mərhələdir. Rusiya və Türkiyənin təqdim etdiyi layihə BMT TŞ-də yekdilliklə qəbul edildi. Bu ilk dəfədir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, ABŞ, Bolqarıstan və Moldovadakı seçkilərdə qalib gəlmiş prezidentlərin qələbəsini Rusiya ilə əlaqələndirir: "Türkiyə ilə münasibətlər normallaşdı. Aparıcı rol Rusiyaya məxsusdur. Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi də münasibətlərin pozitiv inkişafını dayandırmadı. "Türk axını" layihəsi razılaşdırıldı.
Ərəb dövlətləri ilə münasibətlərdə aktivlik yeni keyfiyyət dönüşü yaratmaq ərəfəsindədir.Yaponiya ilə sülh danışıqları stimullaşdırıldı. Rusiya Kuril adalarında ən müasir sahil raket komplekslərini yerləşdirdi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan çıxdı. Nüvə qatarını sınaqdan keçirdi. Silah plutoniumu ilə bağlı ABŞ-la imzalanmış müqavilənin fəaliyyəti dayandırıldı. İranın Həmədan bazasından müvəqqəti də olsa istifadə etdi. Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendumda brexit çıxma tərəfdarları qələbə çaldı".
M.Əhmədoğlu deyib ki, ABŞ Rusiyaya qarşı sanksiyalarının sayını artırdı: "Rusiyanın diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxartdı. ABŞ-ın fikrincə, RF ABŞ-dakı prezident seçkilərinə kiber hücumlarla müdaxilə edib. Xristian dininin iki lideri Moskva və Rusiyanın patriarxı Kiril və Vatikanın başçısı Roma Papası Fransisk görüşdülər. Bu 1054-cü ildən bəri ilk görüş idi. Yaxın Şərqdə baş verənlər xristian dünyasını koordinasiyalı hərəkətə vadar edir. Hər iki dini liderin dövlət başçıları ilə təmaslarının sayı artdı".
Mərkəz sədri əlavə edib ki, ABŞ-da paradoksal nəticə prezident seçkiləridir. H.Klintona səs verənlərin sayı D.Trampa səs verənlərin sayından 3 milyon nəfər çox olsa da ABŞ-ın seçki sisteminə görə, D.Tramp qalib gəldi: "Aİ-nin ABŞ-dan narazılığı üzə çıxdı. Aİ təhlükəsizliyini ABŞ-a tapşırmaq istəmir, özü ordu yaratmaq niyyətindədir. D.Trampın prezident seçilməsindən Aİ rəhbərliyi daha ciddi narahatdır. Terror hadisələrinin sayının artması və coğrafiyasının genişlənməsi Türkiyə, Fransa, ABŞ və Almaniya terrorçuların aktivləşdiyi dövlətlər oldu. Türkiyədə dövlət çevrilişinə cəhd və onun yaratdığı multiplikasion effekt.
Türkiyənin Aİ, NATO və ABŞ-dan narazılığı artıb. Lazım olan dəstəyi Türkiyə bu qurumlardan ala bilmir. İrana qarşı qoyulmuş Qərb sanksiyaları aradan qaldırıldı. ABŞ və Fransa ilə sərnişin təyyarələri almaqla bağlı çox milyard dollarlıq müqavilələr imzalandı. İlin sonlarında ABŞ-da prezident seçkiləri nəticəsi olaraq İrana qarşı yeni sanksiyalar tətbiq edildi.
OPEK neft hasilatını azaltmaqla bağlı qərar qəbul etdi. Əsas rol RF və Səudiyyə Ərəbistanına məxsus idi. Ukraynanın Polşa və digər Şərqi Avropa dövlətləri ilə problemləri yaranır. Polşa Volın əyalətindəki 1943-45-ci illərdə Ukrayna millətçilərinin törətdiyi qırğınları rəsmən soyqırım adlandırdı. Ukrayna Donbasda (Debaltsevo) və Krıma yaxın ərazilərdə hərbi aktivliyini artırdı. Türkiyə İsraillə münasibətini normallaşdırdı. Kuba inqilabının lideri F.Kastro vəfat etdi. Onun dəfnində 1 milyondan çox adam iştirak etdi".