ABŞ kəşfiyyatının başçısı Trampı “danışığına fikir verməyə” çağırıb Dünya

ABŞ kəşfiyyatının başçısı Trampı “danışığına fikir verməyə” çağırıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru John Brennan prezident seçilmiş Donald Trampa işə başlayandan sonra "nə gəldi danışmaması" barədə xəbərdarlıq edib. O deyib ki, "bədaətənlik" milli təhlükəsizlik maraqlarına ziddir. Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trampın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub. Brennan həmçinin deyib ki, Tramp Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir. "Məncə cənab Tramp Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır" – deyib Brennan.
Cənab Brennanın Fox News Sunday proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmışdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb. Tramp ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib. Bu arada Kreml və Trampın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər.
Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Belə ki, 1986-cı ildə Reykyavikdə Reygan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi. Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə "danışmaq və tvit" yazmaq yaraşmaz.
"Bədaətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır", - deyib Brennan: "Burada söhbət təkcə Trampdan getmir, Amerika Birləşmiş Ştatlarından gedir".
MKİ direktoru həmçinin cənab Trampın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib. "Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir"- deyib Brennan. O Trampı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə "kəşfiyyata barmaq tuşlamamağa" çağırıb.
Lakin Tramp bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, "Vashington Post" qəzetinin qocaman jurnalistlərindən Bob Voodvard da hesabatın sızdırılmasına görə xüsusi xitmətləri günahlandırıb. Tramp yazıb ki, media ondan üzr istəməlidir.