Suriya müharibəsi: “Xan Şeyxunda zarin qazı istifadə edilib“ Dünya

Suriya müharibəsi: “Xan Şeyxunda zarin qazı istifadə edilib“

"Təkzibedilməz" test nəticələri göstərir ki, bu ayın əvvəlində Suriyada kimyəvi silah hücumu zamanı zarin qazı və ya oxşar maddə istifadə olunub, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilat (OPCW) deyir. Test zamanı 10 qurbanın nümunələri dörd laboratoriyada təhlil edilib, OPCW-in rəhbəri Ahmet Uzumcu bildirib. Suriyanın İdlib vilayətindəki Xan Şeyxun şəhərinə hücum nəticəsində azı 87 nəfər həlak olub.
Suriya hərbiyyəsi hər hansı kimyəvi silahdan istifadəni təkzib edib.
Onun müttəfiqi Rusiya bildirib ki, zəhərli qazlar hökumət qüvvələrinin zərbəsinə məruz qalmış qiyamçı silah anbarlarından sızıb. Lakin bu iddia geniş şəkildə rədd edilib. Hadisə yerində çəkilən görüntülərdə təngnəfəs insanların (onların çoxu uşaqdır) ağzında köpüyün əmələ gəlməsini görmək olar. ABŞ buna cavab olaraq Suriya hərbi aerodromuna hava zərbələri endirib.
Cənab Uzumcu bildirib ki, nümunələr hücumda həlak olan 3 nəfərdən götürülüb və OPCW-in təyin edilmiş 2 laboratoriyasında təhlil edilib. Digər nümunələr isə xəstəxanalarda müalicə olunan 7 nəfərdən götürülüb və digər 2 labaratoriyada təhlil edilib. Cənab Uzumcu komandanın müsahibələr aparmağa və nümunələr toplamağa davam etdiyini də əlavə edib. Suriya 2013-cü ildə Dəməşqdəki ölümcül kimyəvi silah hücumundan sonra ABŞ və Rusiya arasında razılaşdırılmış müqavilənin şərtlərinə əsasən kimyəvi silah arsenalından imtina etməli idi. BMT bildirib ki, Ghouta kənd təsərrüfatı zolağında yüzlərlə adamın həlak olmasına səbəb olan hücumda zəhərli zarin qazı isitifadə olunmuşdu. Suriyanın vətəndaş müharibəsində 250 mindən artıq adam həlak olub.