AB Rusiya ilə bağlı “qara siyahı”nı genişləndirəcək Dünya

AB Rusiya ilə bağlı “qara siyahı”nı genişləndirəcək

Avropa Birliyinə (AB) üzv ölkələr rusiyalı məmurların və iş adamlarının yer aldığı "qara siyahı"nın genişləndirilməsi ilə bağlı ilkin razılıq əldə ediblər.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu adının açıqlanmasını istəməyən Avropa Birliyinin rəsmisi deyib.
Bununla belə diplomat razılaşmanın detallarını açıqlamayıb.
Onun sözlərinə görə, AB-yə üzv 28 ölkə mayın 12-də Brüsseldə keçiriləcək toplantıda Rusiyaya qarşı əlavə sanksiyaları təsdiq edəcək.