ABŞ Asiya uğrunda savaşa başlayır Dünya

ABŞ Asiya uğrunda savaşa başlayır

ABŞ Müdafiə Nazirliyi Asiya-Sakit okean regionunda Amerikanın hərbi mövcudluğunun genişləndirilməsi üçün hərbi xərclərin artırılması ilə bağlı təşəbbüsü dəstəkləyib.
Bu barədə informasiyanı "Vol Strit Jurnal" yayıb. Qəzet Pentaqonun regiondakı hərbi mövcudluğunu artırması üçün 5 il ərzində əlavə olaraq 7,5 milyard dollar ayırmağa hazır olduğunu bildirib. ABŞ-ın öz vəsaitini daha çox bölgədəki hərbi infrastrukturun yenilənməsi, əlavə hərbi təlimin keçirilməsi və yeni qüvvələrin yerləşdirilməsinə xərcləyəcəyini bildirib.
Qeyd edək ki, bu layihənin müəllifi amerikalı senator Con Makkeyn hesab edilir.