Türkiyə ordusu yenidən Suriyaya girəcək Dünya

Türkiyə ordusu yenidən Suriyaya girəcək

Afrinə nisbətdə hərbi əməliyyat hazırlanır

Türkiyə silahlı qüvvələri terrorçu xalq özünümüdafiə dəstələrinin (YPG)/PKK nəzarətində olan və son iki ildə 17 dəfə ərazimizi atəşə tutmuş Afrinə nisbətdə əməliyyat hazırlığını başa çatdırıb. Suriyanın YPG/PKK nəzarətindəki Afrin bölgəsindənTürkiyə tərəfə atəş açıldıqdan sonra Türkiyə artilleriyası beynəlxalq hüquq çərçivəsində uyğun cavab verib. Hərbi qaynaqlar DŞK (dəzgahlı, irikalibrli gülləatan) işlətməklə narahatlıq doğuran atəşin açıldığı rayonlarda YPG mövqelərinə zərbə endirildiyini bildiriblər. 2014-cü il yanvarın 29-dan Afrini nəzarətdə saxlayan YPG son iki ildə sərhədin müxtəlif nöqtələrindən Türkiyə tərəfə 17 dəfə narahatlıq doğuran atəş açıb. Bu, Tyürkiyənin bu bölgəyə münasibətdə əməliyyat keçirməsi üçün şərait hazırlayıb. Səbir kasasını daşıran son damla "Demokartik Birlik" partiyası (PYD) / YPG terrorçularının Hələbdən qaçan dinc sakinlərə atəş açması olub. Türkiyə bütün bunları nəzərə alaraq bu bölgədən qaynaqlanan fitnəkar fəaliyyəti aradan qaldırmaq qəsdilə yerüstü əməliyyat keçirməyə hazırlıq üzrə 38 gün qabaq işə başlayıb. Hərbi qaynaqlar qoşunların Suriya ərazisinə yenidən dislokasiyası, həmçinin hərbçilərin sərhəd xəttinə göndərilməsi və bu istiqamətdə işin başa çatdırılması haqda bildiriblər.
Rusiya ilə ikinci dəfə üz-üzə gəlmək istəməyən Ankara son 12 gündə Moskva ilə doqquz dəfə danışıb. Aydınlaşıb ki, Rusiya qoşunlarınn əməliyyata qədər bölgədən çıxarılması məsələsi üzrə önəmli irəliləyiş əldə olunub. Lakin Rusiya hərbçilərinin hansı istiqamətə çıxarılacağı altı gün ərzində müəyyən ediləcək. Döyüş meydanında mümkün risklərin dəf edilməsi üçün Ankara-Moskva rabitə xətti kanalları əməliyatın gedişində daim təmasda olacaq.
Məlumdur ki, Rakkada əməliyyat keçirilməsi üçün bu şəhərin mühasirəsində Qəndildən gəlmiş 1381 PKK üzvü iştirak edib. Afrində isə ehtimal olunur ki, təşkilatın Qəndil heyətindən 103 PKK üzvü var. Afrində Bəşər Əsəd rejimi ilə birgə hərəkət etmiş YPG üzvlərinin əlində rejimdən sonra qalmış Rusiya istehsallı ağır silahlar var. Lakin təxmin edilir ki, bu silahlar məhdud miqdardadır. Kəşfiyyatın bu bölgədən məlumatına görə, Afrinin YPG nəzarətindəki başqa rayonlardan ayrı düşməsi rejimin dəstəyi olmadan silah tədarükünü həyata keçirməyə mane olur. Bununla belə, şəhərdəki ağır silahların bura əvvəllər gətirildiyi hesab edilir.
Afrində mülki əhalinin yaşadığı nəzərə alınmaqla Türkiyə bölgədə PYD/PKK-ya məxsus 41 obyekt müəyyən edib. Şəhər əhalisinin böyük əksəriyyətini kürdlərin təşkil etdiyi nəzərə alındığından Türkiyə SQ bu əməliyyatın gedişində PYD-yə aid olmayan kürd qruplara nisbətdə ictimai diplomatiya həyata keçirəcək. PKK/PYD-nin Afrinə dəstək çatdırmasına maneçilik əməliyyat planının mərkəzindədir. Bununla bağlı Afrin-Hələb xəttini nəzarətə götürmək məqsədilə "Fərat qalxanı" çərçivəsində bölgəyə atılmış hərbçilərin bir hissəsi Təl-Rifat rayonundan Dəyr Cəmala keçəcək. PKK/YPG terrorçu təşkilatın logistik axını bu cür kəsiləcək.
Logistik yolların bağlanması ilə dəstəyin havadan gələ biləcəyi ehtimalı saxlanır. Bununla bağlı Minniq və Məryəməyn bazalarını nəzarətə götürmək planlaşdırılır. Əməliyyatın 70 gündən az çəkməyəcəyi gözlənilir.
Ankara-Moskva xətti ilə baş tutmuş danışıqlaırn gedişində Rusiya diplomatik qaynaqlarından alınmış məlumatlara əsasən, Afrin bundan sonra sabit bölgəyə çevriləcək. Rusiya, Türkiyə və İranın əvvəllər barəsində razılığa gəldiyi təhlükəszilik zonaları kimi İdlib təcrübəsi tətbiq ediləcək, Rusiya və Türkiyə hərbçiləri təhlükəsizliyi birlikdə təmin edəcəklər. Xəbər verilir ki, bu mövzuda danışıqlar davam edir, amma hələlik hər hansı nəticə əldə etməyə nail olunmayıb.