Konqres spikeri Rusiyaya qarşı daha “güclü, cəsarətli” sanksiyalar istəyir... Dünya

Konqres spikeri Rusiyaya qarşı daha “güclü, cəsarətli” sanksiyalar istəyir...

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Paul Ryan prezident Tramp administrasiyasının müxalifətinə rəğmən Rusiyaya qarşı daha "güclü və cəsarətli" sanksiyalar paketinin mümkün qədər tez qəbul edilməsinə çağırıb. Administrasiya belə hesab edir ki, sözü gedən qanunvericilik aktı onun səlahiyyətlərinə qarışır.
Ağ Ev ötən ay Senatdan 98-2 səs nisbəti ilə keçmiş qanunun Rusiya ilə münasibətlərdə Trampın əl-qolunu bağlamasından və beləliklə də, administrasiyasının sanksiyalar siyasətinə düzəlişlər etmək imkanından məhrum edilməsindən narazıdır.
İyulun 12-də çıxış edən Ryan deyib ki, "mən Rusiya məsələsində qırğıyam. Biz Rusiyaya qarşı sansksiyalar qanununun tez bir zamanda qəbulunu istəyirik".
Tramp Rusiya ilə münasibətlərrin yaxşılaşdırımasına ümid etdiyini bildirsə də, respublikaçılar və demokratlar daxil əksər millət vəkilləri Moskvaya münasibətdə sərt mövqe tutulmasına meyllidirlər.
Lakin demokratlar Ryan və onun respublikaçı partiyadaşlarının sərt bəyanatlarına baxmayaraq, onların Tramp administrasiyasını məmnun etmək üçün qanunvericiliyi ləngitdiklərindənnarahatlıq ifadə ediblər.
Xarici Əlaqalər Komitəsində ən vəzifəli demokrat, senator Ben Kardin və başqa millət vəkilləri bidlirirlər ki, prezident Donald Trampın oğlu və rusiyalı vəkil arasında baş vermiş görüş Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların təcililiyini artırır.
Senatdan böyük səs çoxluğu ilə keçməsinə baxmayaraq sözü gedən qanun Ryanın təbirincə deyilsə, siyasət və prosedur məsələləri üzündən Konqresdə ilişib.
Ryan deyib ki, ortalıqda bəzi prosedur məsələləri var: "Biz elə etməməliyik ki, özümüz də istəmədən Rusiyanın oliqarx və neft şirkətlərinə kömək edək".
Ryan izah edib ki, ABŞ şirkətləri Rusiyaya qarşı enerji sektoru sanksiyalarından narazıdırlar. Onlar bildirirlər ki, bu sanksiyalar ABŞ şirkətlərinə mane olur, Rusiya şirkətlərini isə daha da gücləndirir.
İyulun 10-da Ağ Ev bildirib ki, administrasiya qanuna dəyişikliklərin edilməsini istəyir. Bu dəyişikliklər olarsa, gələcəkdə sanksiyaları qoymaq və ya qaldırmaq məsələsində prezidentin əl-qolu bağlı olmayacaq.
Ağ Evin hüquq direktoru Mark Sort deyib ki, administrasiya Rusiya üzərinə daha sərt sanksiyaların qoyulmasına tərəfdardır, lakin sanksiyalar məsələsində Konqresə daha böyük səlahiyyətlərin verilməsinə qarşıdır.
MKİ-nin direktoru Mayk Pompeo bundan əvvəl bir respublikaçı senatora deyib ki, Rusiyaya qarşı sanksiyaların bəzi elemenetləri onun işini çətinləşdirir.
Bu barədə öz etirazını ilk dəfə dövlət katibi Reks Tillerson dilə gətirmişdi. O ötən ay Senata ifadə verərkən demişdi ki, Tramp "Rusiya ilə bağlı daim dəyişən diplomatik situasiyalarda manevr edə bilmək imkanını saxlamalıdır".
Lakin demokratlar belə iradları qəbul etmirlər. Merilendli millət vəkili Steni Hoyer deyib ki, "prezidenti nəzarətdən qorumaq bizim ölkəmiz üçün yaxşı siyasət deyil, hətta qorxuludur".