“Amerika hərbçiləri məhv ediləcək” Dünya

“Amerika hərbçiləri məhv ediləcək”

Rusiyadan ABŞ-a müharibə elanı

Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonalarının yaradılması mövzusunda razılaşsalar da, ölkədə hazırkı vəziyyət gələcəklə bağlı nikbin danışmağa əsas vermir. Bunun səbəbi hazırda Rusiya və ABŞ -ın Suriyada qarşıdurma vəziyyətində olmasıdır. Almaniyanın "Die Welt" nəşrinin yazdığına görə, Rusiya və ABŞ-ın müttəfiqləri artıq bir-birini güllələyirlər. Son olaraq Rusiya xüsusi təyinatlıları Fərat çayını keçib. Alman nəşri qeyd edir ki, bu, görünür Amerikaya müharibə elanıdır. Fərat çayı üzərindəki körpü 210 metr uzunluğa malikdir və onun üzərində gün ərzində 8 min hərbi maşın keçə bilər. Rusiya xüsusi bölmələri onu ölkənin ən böyük çayı vasitəsilə Deyr-ez-Zora birləşdirib.
"48 saatda rekord vaxt ərzində", - Rusiya dövlət televiziyası qələbədən xəbər verir və körpünün üzərində çəkilən yük maşınları ilə əsgərlərin şəkillərini göstərirdi. Rusiya tamaşaçısı üçün bu, milli ordunun logistik qələbəsi idi. "Die Welt" nəşri qeyd edir ki, Fəratın qərb və şərq sahillərini birləşdirən körpü təhlükəli kəskinləşməni təhrik edir. "Çünki bu çay Moskva və Vaşinqton arasında demarkasiya xətti kimi müəyyən edilib. Rusiya və Amerika əsgərləri arasında birbaşa, həmçinin onların müttəfiqləri arasındakı silahlı konfliktlərdən qaçmaq üçün onu keçmək olmaz. Kreml Suriya vətəndaş müharibəsində Bəşər Əsəd rejiminin silahlı qüvvələrini qələbə yoluna çıxardı. Ağ Ev "Suriya Demokratik Gücləri"ni (SDF) dəstəkləyir. Onlar ölkəsinin şimalında İŞİD-ə qalib gəldilər və "xilafət"in paytaxtı Rakkanı tutmağa çalışırlar.