Geosiyasi vəziyyət dəyişir: Əsəd-Ankara ittifaqı Dünya

Geosiyasi vəziyyət dəyişir: Əsəd-Ankara ittifaqı

"Türkiyə-Suriya münasibətlərinin tez bir zamanda düzələcəyinə ümid etmirəm". Bu sözləri türkiyəli jurnalist Musa Özuğurlu deyib.
"Türkiyə əslində Suriya ilə münasibət qurmaq istəyir, amma əsas gözləntisi bu münasibətin Türkiyənin təhlükəsizlik qaydalarına uyğun olmasıdır. Suriya burada yalnız deyil, bölgənin stategiyasına uyğun hərəkət edir. Dolayısı ilə desək, Suriya üçün Türkiyənin yox, öz həssas olduğu mövzu önəmlidir. Tam və doğru münasibət qurulması üçün Türkiyə gərək Suriyanın daxili məsələlərinə qətiyyən müdaxilə etməsin və birinci Suriyanın gözləntilərini nəzərə alsın. Hazırda belə bir ortam yoxdur. Münasibətlər düzələ bilər, bu iki ölkənin bütün problemləri həll eləməsi anlamına gəlmir. Yeddi ildir Suriyanın Türkiyəyə problem yaradan siyasətindən sonra münasibətlərin bir anda yaxşılaşması mümkün deyil. Həmçinin Suriyanın şimalından bütün müttəfiqlərin fərqli gözləntiləri var. ABŞ istəyir ki, orada Kürd Muxtariyyəti qurulsun, Suriya isə kürdlərdən ABŞ ilə münasibəti kəsməyi və ABŞ-ın Suriyanı tərk etməsini istəyir. Suriya bunun qarşılığında avtonomiyanı təmin edəcəyini bildirib. Bu isə Türkiyənin siyasətinə ziddir. Türkiyə heç bir zaman kürd muxtariyyətini tanımayacaq", - Özuğurlu bildirib.
Siyasi yazar Məhməd Əli Güllər isə Ərdoğanın Soçi səfəri Dəməşqlə münasibətlərin yaxşılaşması üçün yaşıl işıq yandırdığını bildirib:
"Bu, Türkiyənin Suriyaya dost ölkə olan Rusiyaya və İrana yaxınlaşmasının təbii nəticəsidir. Bu proses hələ gecikən bir nəticədir və bu gecikmənin səbəbləri aradan qaldırılmalıdır. Gecikmənin başında AKP-nin Suriya məsələsindəki mövqeyi dururdu. Məlum olduğu kimi, Türkiyə tərəfinin silahlı müxalifəti dəstəkləməsi Ankaranın üzünü Dəməşqə çevirməsinin qarşısını aldı. Bundan başqa Rusiyanın bölgəyə hərbi müdaxiləsi Suriyaya qarşı münasibətlərin yenidən gözdən keçirməyin lazım olduğunu göstərdi. AKP Rusiya, İran ilə münasibətləri yaxşılaşdırırsa, Suriya ilə də yaxşılaşdırmalıdır".
"Türkiyə əslində Suriya ilə münasibət qurmaq istəyir, amma əsas gözləntisi bu münasibətin Türkiyənin təhlükəsizlik qaydalarına uyğun olmasıdır. Suriya burada yalnız deyil, bölgənin stategiyasına uyğun hərəkət edir. Dolayısı ilə desək, Suriya üçün Türkiyənin yox, öz həssas olduğu mövzu önəmlidir. Tam və doğru münasibət qurulması üçün Türkiyə gərək Suriyanın daxili məsələlərinə qətiyyən müdaxilə etməsin və birinci Suriyanın gözləntilərini nəzərə alsın. Hazırda belə bir ortam yoxdur. Münasibətlər düzələ bilər, bu iki ölkənin bütün problemləri həll eləməsi anlamına gəlmir. Yeddi ildir Suriyanın Türkiyəyə problem yaradan siyasətindən sonra münasibətlərin bir anda yaxşılaşması mümkün deyil. Həmçinin Suriyanın şimalından bütün müttəfiqlərin fərqli gözləntiləri var. ABŞ istəyir ki, orada Kürd Muxtariyyəti qurulsun, Suriya isə kürdlərdən ABŞ ilə münasibəti kəsməyi və ABŞ-ın Suriyanı tərk etməsini istəyir. Suriya bunun qarşılığında avtonomiyanı təmin edəcəyini bildirib. Bu isə Türkiyənin siyasətinə ziddir. Türkiyə heç bir zaman kürd muxtariyyətini tanımayacaq".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə jurnalistin "Dəməşqlə münasibəti düşünürsüzmü?" sualına "Siyasətə qapımız hər zaman açıqdır" deyə cavab verib.